Menyu
       

"Məbədin ürəyi" (2005) Sənədli film

Ssenari müəllifi: Teymur Daimi
Rejissor: Teymur Daimi
Quruluşçu operator: Cavanşir Cavadov
Bəstəkar: Lalə Cəfərova
Montaj: Rauf Əhmədov
Rəssam: Teymur Daimi
Səs rejissoru: Cavanşir Cavadov
Səs operatoru: Fərhad Namazov
Kompyuter qrafikası: Aydın Kələntərli
Aktyorlar: Zümrüd Qasımova, Elnur İsmayılov
Prodüser: Fuad Muxtarov
Studiya: Caspian Supplies, Azərbaycan


Sinopsis:
Qədim sehrli məbədin sirlərini dərk etməyin özünə məxsus nadir yolunun axtarılması və tapılması (əslində isə bu - hər bir adamın öz “daxilində” olan Mənəvi Məbədin fiziki aləmdə maddiləşməsidir). Beləliklə, planetin ən vacib müqəddəs yerlərindən birinin sirrini, mahiyyətcə yaradıcı olan dərketmə prosesi, o yeri axtaran üçün gözlənilmədən özünüdərketmə prosesinə dönür, onun öz daxili aləminin (= həyatının, taleyinin, ruhunun, qəlbinin) sirrini dərketmə faktına çevrilir...

Yuxarıda deyilənlərdən belə hasil olur ki, istənilən müqəddəs yerin tədqiqatı öz vacibliyilə, tədqiq edəni öz daxilinə, şəxsi daxili təcrübənin əhəmiyətliliyinə istiqamətləndirir və əgər o “daxili təcrübə” yoxdursa, kənardan əldə olunan hər hansı bilik mənasız və faydasız olur, çünki mənəvi Ürəyin “qanıyla suvarılmayıb”...

Teymur Daymi - Əzimsadə adına İncəsənət Kollecində və Azərbaycan Dövlət Mədəniyyıt və İncəsənət Universitetində təhsil almış, multimedia mütəxəssisi, rejissor və fəlsəfəçidir (PH.D). Professional yaradicılıgında fənlərarası fəaliyyət, vizual sənətlər, kinematografiya, eksperimental kino, qavrama nəzəriyyısi, bədii yazı, pedagoji praktika, neyrofiziologiya, psixotexnologiya, antropoloji təcrübələri əhatə edir. Onun məqalələri bütün dünyada bədii nəşrlərdə dərc edilmişdir. Teymurun işləri Azərbaijanın vizual incəsənətin nümunəsi olaraq 2007-ildə 53-cü Venesiya Biennalesində təgdim olunmaq ücün secilmişdir. Onun işi 53-cü Venesiya Biennalesində Azərbaycan təsviri incəsənətinin təqdimatı üçün 2007-ci ildə seçilmiş işlər sırasına daxil edilib.