Menyu
       

"Sevgili insanlara məktublar" video layihə

Müharibə dövründə məktublaşmalar əsgərlər və onların əzizləri və doğmaları arasında əsas ünsiyyət forması olub və qalmaqda davam edir. Məktub - ayrılığın acısını-ağrısını azaltmağa kömək edən bir alətdir.
Qadınların yazdığı məktublar isə müharibənin faciəli irsini əks etdirir.
Məktublar həm də ümidlər və qorxuların mübadiləsi üçün yekun və universal bir vasitə sayılır.

Layihə hazırda Bakıdakı YARAT Müasir İncəsənət Mərkəzinin ictimai proqramlarının rəhbəri kimi çalışan yazıçı, şairə və tərcüməçi Ülviyyə Axundova tərəfindən yaradılmışdır. Ülviyyə Paris 1 Panteon-Sorbonna Universitetinin beynəlxalq əlaqələr üzrə magistr dərəcəsini almış və əsas ixtisas istiqaməti kimi ssenarilərin yazılması üzrə Bakı Kino Məktəbini bitirmişdir.