Menyu
       

Sərgi: "Döyüşçü mifi: Sülh üçün agentlər"

Curated by Zahra Mammadova

Şəlalə Salamzadənin DIV instalyasiyası (2019) xaos və harmoniyanın ziddiyyətli fikirlərindən bəhs edir. Sənətçi, Azərbaycanın rəqəmsəl dövründən başlayan tarixini analiz edir, həmçinin sistemdəki bütün sərt dəyişikliklər, kritik vəziyyətlər və müharibələr baş verməzdən əvvəl insanların heç bir şeyi düşünmədən yaşadıqları qayğısız, adi həyatlarını vurğulayır. Videoda işğal olunmuş ərazilərdən olan şəxslərin şəxsi arxivlərindən materiallar, milli faciələrdən bir neçə saat və bir neçə gün əvvəl yayımlanmış televiziya proqramları yer alıb. Əsərin konsepsiyası Azərbaycan nağıllarında şər qüvvələrin və kulminasiya simvolu olan əfsanəvi məxluq olan div (yamyam) ilə analogiya qurur ki, bu obraz da tarixdə baş verən bütün pisliklərin təsviri kimi təmsil olunur.

Tural Rəhmanlı
İctimai hamam foto silsiləsi (2018)
İçəri addım atanda nəm qoxusu insanın üzünə sillə kimi dəyir. Köhnə bir ictimai hamamda yaşayan 11 ailə onilliklər boyu bu ağır və boğucu qoxu ilə hər gün mübarizə aparırlar. Lökbatanın Puta qəsəbəsindəki 59 saylı hamam Dağlıq Qarabağın müxtəlif yerlərindən - Füzuli, Ağdam, Qubadlı və Laçından olan 60 insanın evidir . Hamamın beton otaqlarını evsiz doğulan üç nəsil uşaq tanıyır. Otaqlar arasında bir kanalizasiya borusu keçir.

Zəhra Məmmədova (d.1998, Bakı) YARAT Müasir İncəsənət Mərkəzində kurator assistenti kimi çalışır. 2019-cu ildə, o Azərbaycan Dillər Universitetini “İngilis dilinin tarixini öyrənmə prosesində linqvo-kulturoloji aspektlərinin formalaşması" tədqiqat mövzusu ilə bitirib. O həmçinin, “Zərif sərhədlər: İranın zahiri/görünməyən sərhədlərinə baxış” (2019-2020), “Danışır Bakı: 1900-1940-cı illər” (2020) adlı sərgilərin araşdırma prosesində iştirak edib. O, həmçinin, hal-hazırda, “Çağdaşçılar" adlı yeni qurulmuş tənqidi fikir və sənətçilər platformasının töhfəçisidir.