Menyu
       

Latviya İncəsənət Akademiyasının “Gələcək üçün Tekstil” layihəsi

“Gələcək üçün Tekstil”
Layihənin kuratoru - İeva Krumina.

2020-ci ilin əvvəllərində Latviya Rəssamlıq Akademiyasının Tekstil sənəti Fakültəsinin müəllim və tələbələri “Roche Latvia” dərman xidmətləri şirkəti üçün geniş formatlı tekstil layihəsi  üzərində işləməyə başladılar. Latviya  tekstil sənətini- etnik incəsənətin köklərini, materiallara hörmət, yüksək texniki keyfiyyət və tələbələrin ixtiraçılıq və qeyri-adi ideyalarını nümayiş etdirərkən “Roche Latvia”-nın dəyərlərinə - yeni nəsil tibb, gen mühəndisliyi və biznesdə sosial məsuliyyətə cavab verəcək mövzuya uyğun tekstil kolleksiyası yaradıldı. Müəllim və tələbələrin birgə əməkdaşlığı ilə gənc rəssamlar üçün “Roche Latvia” –nın yeni binadakı ofisi üçün böyük və çox vacib bir sifariş hazırlandı. Kolleksiya 22 əsərdən ibarətdir, hər bir əsər  ideyaları, hekayələri, stilistik həll və rəqəmsal proqlamlaşdırılmış tikmə, yun, tekstil kollajlar və orijinal texnikaya məxsusluğu ilə müstəqil əsərlərdir.