Menyu
       

Foto sərgi: “Ən yaxşı milli qvardiyaçı”

Viktoriya, 2019-cu ilin yazında Latviyanın Milli Qvardiyaısı olmaq qərarına gəlir. Onun iyirmi yaşı var və o, paytaxt Riqada gəmi şirkətində çalışır. Müxtəlif nəzəri və təcrübi təlimlərdən sonra namizədlər həftə sonu sonuncu imtahandan keçməlidirlər, yəni şəhərçiyin hərbi düşərgəsində və həmçinin meşədə 16 günlük həddindən çox tələbedici fiziki və zehni sınaqdan keçməlidirlər. Viktoriya idmançı deyildi və heç bir şəkildə də buna hazırlıqlı deyildi, lakin onun özünü sınamaq istəyi, xüsusən də az saylı qadınlardan biri olması, gündəlik mübarizəsində onun əsas enerji qaynağı oldu. Hər şeyin onun gözlədiyindən daha çətin olduğu ortaya çıxdı və tam yeni hərbi dünyanı bir loxma kimi udmaq bir anda onun üçün çox böyük göründü. Bununla belə, komanda işi, ölkəsi üçün daha faydalı olmaq həvəsi və çox sayda yeni təcrübələr öyrənmək meyli onu hədəfə doğru aparırdı. 11 nəfərlik qrupumuz daxilində günün ən yaxşı namizədi olmaq onun təxminən 10 gününü aldı və imtahandan keçən 30 nəfərlik bütöv bölmə daxilində o, Ən Yaxşı Milli Qvardiyaçı adına layiq görüldü.

Mən öz həmyerlilərimi demək olar ki, ilk gündən etibarən sənədləşdirməyə başladım, çünki mən həddindən çox səmimi olan aydınlıq və emosiyaların yaratdığı bənzərsiz atmosfer qarşısında müqavimət göstərə bilmədim, həm də mən də onlarla eyni təlimdə iştirak edirdim və digərləri ilə eyni səviyyədə idim. Mən onlarla fotoşəkillərimi paylaşmağa başladım və öz qəhrəmanlarımla daha da yaxınlaşdım, çünki onlar mənim tərəfimdən qoyulan töhfələri dəyərləndirirdilər.

Texniki cəhətdən mən, şəkillərin ağ-qara rəngdə olmasını istədiyimi bildirməkdə tərəddüd etmədim, çünki ənənəvi boz çalarlı şəkillərin, xüsusən də lif əsaslı gümüş jelatin çapın həqiqi pərəstişkarıyam. Bu səbəblə, telefonlarımın texniki parametrləri ilə məhdudlaşdığım üçün, mükəmməl bir şəklin necə bir görünüşə malik olması barədə fərziyyələrimdən azad olaraq demək olar ki, smartfonumdakı bütün imkanlardan istifadə etməyə qərar verdim, çünki əsas vacib olan hekayə idi!