Menyu
       

Azərbaycan-Latviyalı müğənni Leilalinın ifası

Müğənni LEILALI Leila Əliyeva Azərbaycanlı və Latviyalı ailəsində anadan olub və Latviyada böyüyüb. Onun iki mədəniyyətini birləşdirən güclü və fərqli kökləri var.
2011-ci ildə Leila Əliyeva muğam sahəsində öz kökü və mədəniyyət irsi haqqında biliklərini dərinləşdirmək üçün Azərbaycana gəlir. Muğam ustası Gəzənfar Abbasovdan Azərbaycanın ənənəvi musiqisinin dərinliklərini öyrənir.
O, öz musiqi yaradılıcığında iki ənənəvi musiqi tərzlərini birləşdirərək insanların qəlblərini oxşaya bilib. 3 il yarım Leila Azərbaycan muğam musiqisini və onu ifa etməyi öyrənib. Hər iki mədəniyyət onun səsini unikal və qeyri-adi etmişdir.
Musiqisi ilə hər iki mədəniyyətə zənginlik gətirən bir şox festivallarda iştirak edib. Öz musiqisi ilə O, fərqli dünya görünüşü və ənənələrinə malik olan insanları bir araya gətirməyə davam edir. Bizim müxtəlifliyimiz bizi rəngli edir və bunu qeyd etməliyik.
Leila iki albom dərc etdirib, 2018-ci ildə “Samtaina Tumsa\Gloüing Dreams” və 2020-ci ildə İnin Ninidən ilhamlanmış “NUMİNOUS”.