Menyu
       

"Pıçıldaşırlar, bəzən isə fəryad edirlər" (2019) Qısametrajlı sənədli film

Rejissor: Lalə Əliyeva
Filmin müddəti: 21 dəq.
Dil: Azərbaycan, İngilis dili altyazısı ilə

Film seçimi Debüt Film Studiyası tərəfindən təqdim olunur.
Azərbaycanın şimalında, göl sahilindəki qoruqda, üç ağac qonşu kənddə yaşayan qadınların toxuduğu parçalarla bəzədilib. Qadınlar təbiəti öz "müttəfiqinə" çevirərək, bura öz qəm-qüssələrini qovmaq üçün gəlirlər. Lalə Əliyevanın filmi son dərəcə həssaslıqla keçmişdə qadınların ən azı mənəvi cəhətdən ağır vəziyyətdən xilas olunduğunu əks etdirən bu güzgüyə oxşar məkana yeni nəfəs verir, onu həyata qaytarır.

Lalə Əliyeva Azərbaycandan olan sənədli kino rejissorudur. Özü üçün kinematoqrafiyanı kəşf edəndən sonra, o, vizual antropologiya sahəsini öyrənmək üçün Qoldsmit Universitetinə daxil olur. Lalə bir neçə qısametrajlı sənədli film, o cümlədən öz diplom işi olan "Pıçıldaşırlar, bəzən isə fəryad edirlər" (2019) filmini çəkib.