Menyu
       

Latviyanın Müstəqillik Günü

18 noyabr 1918-ci ildə qurucu atalarımız Latviya Respublikasının əsasını qoydular, keçici Parlament yaratdılar və Konstitutsiyanın ilkin versiyasını qəbul etdilər.
Bu Müstəqilliyimizdə çox vacib bir addım idi. Sonradan imkanlar hələ də kiçik idi və 26 yanvar 1921-ci ildə Birinci Dünya Müharibəsinin Müttəfiqləri ilə uzun müddətli hərbi və diplomatik savaşdan sonra Latviya nəhayət de yure kimi tanındı.
Bu gün Latviya  güclü siyasəti, zəngin adət-ənənələri və mədəniyyətinin müxtəlifliyi ilə Avropa İttifaqının uğurlu üzvlərindən biridir. Latviyanın Azərbaycanla dostluq əlaqələri və yaxşı əməkdaşlığı  var və gələcəkdə bu əlaqələri və əməkdaşlığı daha da  genişləndirməyə çalışır.


"Bizim Torpaq"
Bu Videoda Milli Qvardiya Orkestri və Reper R.2. R.S. birlikdə "Lāčplēša diena" (Latviya Ordusu Günü) və Latviya Respublikasının elan olunmasının 102-ci ildönümünə həsr olunmuş "Bizim Torpaq" mahnısını ifa edirlər.
“Bizim Torpaq” mahnısının musiqisi bəstəkar, Milli Qvardiya Orkestrinin musigiçisi İnga Meijeredir sözləri isə Strēlnieks və Jānis Vēberstsə məxsusdur. Mahnı solistlər - müğənni, Milli Qvardiya orkestirinin musiqişisi Luīze Krasta və reper sənətçisi, təxəllüsü R.2.R.S və hal-hazırda Hərbi Polisin əsgəri olan Artūrs Strēlnieks tərəfindən ifa edilmişdir. İfaya Hərbi Qüvvələrin və Fəxri Qaraulun Drijoru Andis Karelis ilə birlikdə Milli Qvardiya Orkestrinin drijoru da Ārijs Šķepasts rəhbərlik edir.
“Bizim Torpaq” mahnısının videoklipi Latviya Radiosu, Riqa Günbəz Kilsəsi camaatı və Müdafiə Nazirliyi ilə əməkdaşlığı ilə bir araya gəlib.
Video kliplərdə, həmçinin Taiga Ludboržanın rəhbərliyi altında Hərbi Polisin İxtisaslaşmış zabitləri, əsgərləri, Milli Silahlı Qüvvələrin fəxri əsgərləri, Milli Müdafiə Akademiyası “Bramaņi” rəqs qrupunun rəqqasları da iştirak edirlər.


DAUGAVPILS MARK ROTHKO İNCƏSƏNƏT MƏRKƏZİ
Şərqi Avropada 21-ci əsrin ən iddialı mədəni layihələrindən biri olan DAUGAVPILS MARK ROTHKO İNCƏSƏNƏT MƏRKƏZİ  Daugavpils qalasının topçu arsenal tarixi binasında yerləşən müasir incəsənət, mədəniyyət və təhsil üçün çoxfunksiyalı mərkəzdir.
Şərqi Avropada ziyarətçilərin dünya şöhrətli Daugavpils əsilli Amerikalı rəssam, mücərrəd ekspressionizm və rəngli boya ustası Mark Rothkonun / 1903-1970 / orijinal əsərlərini görə biləcəyi yeganə məkandır.


Rəsul Rzanın “Rənglər” şeri
Məşhur Azərbaycan şairi Rəsul Rzanın “Rənglər” şeri Latviyanın tanınmış şairi və tərcüməçisi Uldiis Beerzins tərəfindən Latış dilinə tərcümə edilib.