Menyu
       

Poeziya Yeşim Ağaoğlunun təqdimatında

“Savaşın Neresi İyi” (2003) Rejissor: Yeşim Ağaoğlu Rollarda: Bedia Güven Musiqi / Səs parçası: Danny Wright / Peace

“Savaşın Neresi İyi” (2003)
Rejissor: Yeşim Ağaoğlu
Rollarda: Bedia Güven
Musiqi / Səs parçası: Danny Wright / Peace

Bu, özümün "Müharibədə yaxşı nə var" şeirim əsasında videokamera ilə çəkdiyim bir dəqiqəlik qısa filmdir. Dialoqun olmadığı və yalnız şeirin mətn olaraq istifadə edildiyi (İngilis və Türk dilində) və arxa planda musiqisi olan bu film, adından da göründüyü kimi, hər cür müharibəni sual altına alan və özündə kədər ehtiva edən, müharibə əleyhinə qısa bir filmdir.

Yeşim Ağaoğlu haqqında qısa məlumat

İstanbulda anadan olmuşdur. İstanbul Universiteti Arxeologiya və Sənət Tarixi Bölməsində oxumuşdur. İstanbul Universiteti Rabitə Fakültəsi Radio-TV-Kino Bölməsində magistr dərəcəsi almışdır. Nyu York Vizual Sənətlər Məktəbində super 8 kameradan istifadə edərək, qismən iştiraklı film dərslərinə qatılmışdır.

Şeirləri 18 yaşından bəri ədəbi jurnallarda nəşr olunur. Türkiyədə yeddi şeir kitabı və Azərbaycanda iki şeir kitabı, 2016 və 2017-ci illərdə ABŞ-ın Nyu York şəhərində iki şeir kitabı çap edilmişdir. Həm də müxtəlif dillərdə dörd elektron şeir kitabı vardır. Şeirləri ingilis, alman, ispan, rus və s. kimi bir çox fərqli dillərə tərcümə olunmuşdur. Bioqrafiyaları bəzi ədəbiyyat və sənət ensiklopediyalarındadır və şeirləri antologiyalardadır. Bəzi esseləri kollektiv kitablarda yer alır. Çoxsaylı milli və beynəlxalq ədəbiyyat və şeir festivallarında iştirak etmişdir.

1996-cı ildən bəri dil (şeir və s.), fotoqrafiya, video və instalyasiya kimi müxtəlif sahələri birləşdirən müasir sənət fəaliyyətlərini davam etdirir. Almaniya, Norveç, İtaliya, Avstriya, Bolqarıstan, Bosniya-Herseqovina, Gürcüstan, Azərbaycan, Özbəkistan, Koreya, Rusiya vs. kimi ölkələrdə bir çox fərdi sərgilər təşkil etmiş və bir çox qrup sərgisi, bienal, sənət sərgisində və s. iştirak etmişdir.