Latviya Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyi Avropa Ittifaqının Nümayəndəliyi ilə birgə əməkdaşlıqla 16–24 noyabr 2020-ci il tarixlərində “Qız Qalası. Qadın olmaq — Qadınlar Sülh uğrunda” adlı Beynəlxalq müasir incəsənət Festivalı təşkil edir.
Bu ilki Festival qadınların sülh üçün qərar qəbul etmə prosselərində ədalətli şəkildə təmsil olunmalarını vurğulayan BMT Təhlükəsizlik Şurasının Qadinlar, Sülh və Təhlükəsizlik üzrə 1325 saylı qətnaməsinə həsr edilib. Festivalın əsas mövzusu “Qadınlar Sülh uğrunda”-dır. Festival beynəlxalq ekspertləri bir araya gətirəcək və onlara COVİD-19 pandemiyası dövrü və eləcə də müharibələrin təsirlərinin qadınların həyatında məişət zorakılığının müasir incəsənət vasitəsi ilə aradan qaldırılması üzrə təcrübələrini bölüşməyə şərait yaradacaq.
Layihə proqramına müasir incəsənət kontekstində müxtəlif səpkili sərgilər, konsertlər, konfranslar, təqdimatlar və film nümayişləri daxildir. Bu elementlərin hər biri incəsənət və mədəniyyət vasitəsi ilə social integrasiyanın təbliğatı və gücləndirilməsi üçün yeni strategiyada bir özül kimi qəbul edilə bilər.
“Qız Qalası. Qadın olmaq” Beynəlxalq Müasir İncəsənət Festivalına ilk dəfə 2009-cu ildə Bakıda Əməkdar İncəsənət xadimi Səbinə Şıxlinskaya tərəfindən təşəbbüs göstərilmişdir. Bu Azərbaycanda müasir incəsənət vasitəsilə gender bərabərliyi mövzusunda ilk birgə təqdimat işi idi. Bir il sonra isə, yəni 2010-cu ildə “Qadın olmaq” adlı eyni mövzu “İstanbul — Avropa Mədəniyyətinin Paytaxtı 2010” çərçivəsində “Openly” sərgi layihəsində təqdim olunmuşdur. “QIZ QALASI. Qadın olmaq” layihəsinə kuratorluq edən S. Şıxlinskaya 10 ildən sonra yenidən gender bərabərliyi ilə əlaqədar hələ də gündəmdə qalan sualları bu layihə vasitəsilə vurğulayır. Festival sonuncu dəfə keçən il — 2019-cu ildə Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyin dəstəyi ilə təşkil ounmuşdur və böyük əhəmiyyət kəsb etmişdir.
Festivalın adı Bakının əsas görməli yeri və simvolu hesab edilən, haqqında çoxlu əfsanələr və sirrlər dolaşan Qız Qalasının adından götürülüb. Adın mənası ilə bağlı daha çox irəli sürülən fikir onun “Qız” sözü ilə əlaqədardır ki, bu da qadınlar mövzusunda bakirə — “Virqo” qalası mənasını daşıyır. Mövzunun konteksti müxtəlif hekayələrlə əhatələnsə də, əsas və aparıcı mövzu kişilər tərəfindən qadınlara qarşı göstərilən mənəvi və fiziki zorakılıq və bu səbəbdən qadınların yaşadığı faciələrdir. Şərqdəki qadının təsviri zəif və öz haqqlarını müdafiə edə bilməyən varlıq kimi verilir. O, öz azadlığı uğurunda yalnız bir mümkün həlli yolu ilə mübarizə aparır, bu da faciəli sonluğa aparan ölümdür. Bu, həm də bir növ ideoloji stereotipdir və regionda gender bərabərliyi mövzusuna dair yanlış üstünlüklər yaradır. Tarixçilər və tədqiqatşılar şəhərin əsas qalası olan "Qız Qalasını"nın adının onun alınmaz olduğuna görə bakirə, yəni Qız Qalası mənasını daşıdığını düşünürlər, çünki qala öz əlverişli yerləşməsinə görə heç bir düşmən tərəfindən alına bilməmişdir. “Qız Qalası” bir tərəfdən Xəzər dənizi və digər tərəfdən isə şəhər qala divarları ilə əhatələnmişdir ki, bu da onu əlçatmaz etmişdir.
Latviya səfirliyi bu layihəyə Avropa İttifaqının Bakıdakı Nümayəndəliyi ilə birgə əməkdaşlıqla və Belçika, Çex Respublikası, Estoniya, Macarıstan, Litva, Rumuniya, Slovakiya, İsveç Səfirlikləri və Azərbaycanın aparıcı incəsənət və mədəniyyət təşkilatları və qurumları ilə birgə tərəfdaşlıqla rəhbərlik edir.
Festivalın iştirakçıları Azərbaycan və Latviyadan, eləcə də, Avstriya, Belçika, Çex Respublikası, Estoniya, Almaniya, Macarıstan, Norveç, Rumuniya, Slovakiya və İsveçdən olan film direktorları, muzey mütəxəssisləri, ədiblər, kuratorlar və incəsənət sahəsindəki tənqidçilər, rəssamlar və incəsənət fəallarından ibarətdir.