İrina Eldarovanın əsərlərindən ibarət animasiya
KAİNAT RƏSSAM üzərində təcrübə keçirir – və fiziki mahiyyəti bir dəst yumurtalıqları, gözəl süd vəzisi…. və XÜSUSİ emosional hissiyyatla doldurur...
Beləcə RƏSSAM QADIN "görsənir".
Suallar və cavabları başlayır: "QADIN OLMAQ"? və ya - "RƏSSAM OLMAQ"?
Mən, HƏR İKİSİYƏM.
Bütün həyatboyu MÖVZU DALĞALAR üzərində "üzürəm", çünki VERTİKAL SUALLAR heç vaxt mənə HORİZONTAL CAVABLAR vermir.
YOL. CIĞIR. Elə hissiyat var ki, zamanda olan bu TƏCRÜBƏLƏR elə CAVABLAR özüdür.
Mənə xoşbəxtlik qismət oldu – bu dünyaya MƏHƏBBƏTLƏ gəldim.
Etdiyim hər bir şey – səhərin emalatxanada açması, rəsmlərin çəkməsi, kişinin sevməsi, övladların böyütməsi …. İXTİYARİ OLARAQ – bu MƏHƏBBƏTDİR.
Layihə İrina Eldarovanın əsərləri əsasında animasiyalı qrafikanın təqdimatından ibarətdir.
Yetkin və ciddi rəssam olan Irina Eldarovanın yaradıcılıq işləri böyük nüfuza və tələbata malikdir. O, Azərbaycanın əməkdar rəssamı və Rusiya İncəsənət Akademiyasının üzvü adlarına layiq görülmüşdür. İrina Eldarova qəti olaraq incəsənəti müəyyən qaydalar və ‘rituallar’ın çərçivələrinə sığışdırmaqla ondan həzz almaq mümkün olmamasına inanır. Onun bu yaxınlarda yaratdığı əsərləri gerçəklik, xatirələr və xəyalları birləşdirir. Onun rəsmləri nostalji, ironik və eyni zamanda melanxolikdir. Onlar tamaşaçıları sərt sənaye peyzajları və şəhər meqapolisinin monoton gündəlik işləri fonunda həyat sevincini hiss etdirir.