“Divarın o tayında” (2020) qısametrajlı film
“Divarın o tayında”
Ssenari müəllifləri: Leyla Begim, Azər Ağalarov
Rejissor: Azər Ağalarov
Filmin müddəti: 23 dəq.
Dil: Rus, İngilis altyazı ilə
Sinopsis: “Divarın o tayında” filmi bu gün və keçmiş arasındakı daxili əlaqəni əks etdirən qısa bir film olub, Sənətkarın tənhalıq dərdindən mənəvi bir səyahət etdiyi, əbədi Sevginin bir nümunəsidir. Müəlliflər Azər Ağalarov və Leyla Bəyim baş obrazın hiss və duyğularını musiqi və söz şəklində çatdırır və bunu poetik simvollar və sürreal bədii obrazlar vasitəsi ilə edirlər.
Rəqs həm də sevginin zamansızlığının eyhamıdır.
Mükafatlar
1. Bridge Fest (Vankuver Kanada)
Mükafat Qalibi: Ən yaxşı qısametrajlı film.
2. Oniros Film Awards (Nyu York ABŞ):
Mükafat Qalibi: Ən yaxşı musiqili film.
Finalçı: Ən yaxşı Müstəqil Qısametrajlı Film, Ən yaxşı mahnı.
3. Best Istanbul Film Festival (Istanbul Türkiyə)
Mükafat Qalibi: Ən yaxşı qısametrajlı film.
4. New York Intenational Film Awards ( Nyu York ABŞ)
Finalçı: Ən yaxşı Müstəqil Qısametrajlı Film.
5. Florence Film Awards (Italiya Florensiya):
Finalçı: Ən yaxşı qısametrajlı film.
6. Chicago INDIE Fillm Awards:
Yarım-finalçı: Ən yaxşı qısametrajlı film.
7. The Monkey Bread Tree Film Mükafatı (Birləşmiş Krallıq):
Namizəd: Ən yaxşı montaj.
Azər Ağalarov
Filmin rejissoru və həm ssenari müəllifi Azər Ağalarov (Almaniya vətəndaşı, İspaniyada yaşayır): Həkim, jurnalist, yazıçı (təxəllüsü Stephen Wolf), musiqiçidir (Rock-n-Roll, klaviatura). Sürrealizm üslubunda hekayə və novellaların müəllifidir. Öz üslubunu Musiqili-Vizual ədəbiyyat adlandırır. Almaniyada rus, alman və ispan dillərində nəşr olunan iki kitabın müəllifidir. Filmdə istifadə olunan mahnının musiqi kompozisiyasının (“Gecə Mələyi”) müəllifidir.
Leyla Bəyim
Leyla dörd şeir toplusu kitabının və bir neçə pyesin müəllifi və həmmüəllifidir. O, Azərbaycan Yazıçılar Birliyinin, Böyük Britaniya şeir cəmiyyətinin və Avropa Yazıçılar Konqresinin üzvüdür.
Leylanın şeirləri və pyesləri müxtəlif dillərdə nəşr edilmişdir. Onun “Qarabağ üçün ağlayırıq” sonet çələngi alman, ingilis və azərbaycan dillərində çap edilmiş və Azərbaycan miniatür kitab muzeyində saxlanılır. Onun pyesləri və şeirləri Çex dilində Milan Dvorakın tərcüməsində nəşr olunur.
Hal-hazırda Leyla Çexiya Respublikasında yaşayır.
Rome Prisma Film Awards-ın “Divarın o tayında” filminə yazdığı rəy
“Divarın o tayında”, mənasının adi kinematik təcrübə kimi izah edilməsi və rast gəlinməsi çox çətin olan, anlaşılması mürəkkəb bir filmdir. Bu film, incəsənət və idrak arasında, gerçəklik və mənəviyyat arasında anlamı mürəkkəb bir gediş-gəlişdir. Filmin rejissoru, Azər Ağalarov, açıq-aşkar özünün dahi ilhamına qapılmaqla, hekayənin hüdudlarını elə bir mükəmməlliklə dumanlandıraraq, elə bir nöqtəyə gətirir ki, gerçəklik ilə lirik abstraktı ayırd etmək mümkün olmur. Beləliklə, film, daxili həyatın, eyni zamanda daxili həyatin dərk edilən dünyanı necə qurmasının kompleks bir manifestosuna çevrilir. Bu filmin əsas qəhrəmanının, daxili və xarici keyfiyyət arasında, keçmişlə gələcək arasında vasitəçi bir “rəssam” olması heç də təsadüfi deyil. Lakin hekayə tezliklə genişlənir və gözəl saundtrek qeydləri üzərində incəsənət, bizim tam mahiyyətimizə qədər lirik səyahət edən başlanğıc nöqtəsinə çevrilir.
Ağalarov, bu filmi ilə dəqiq elmləri cəlb etmədən, lakin hər şeyi birləşdirən sirrli əlaqələrdən istifadə etməklə dünyanın universal suallarını cavablandırmağa çalışır. Kamera sadəcə onun bu fövqəladə impulsun başdöndürücü trayektoriyasını izləyə bilir. İstiqamət zərif, cəsarətli və son dərəcə dinamikdir. Montaj, bizi həyatın bir ölçüsündən digərinə ötürməklə bu vizual rəqsi tamamlayır. Bu film, kino ilə poeziyanın ortasında bənzərsiz bir filmdir”.