Leyla Begimin poeziyası
“Qız Qalası. Qadın Olmaq – Qadınlar Sülh uğrunda” adlı Beynəlxalq Müasir İncəsənət Festivalı çərçivəsində məşhur şairə və dramaturq Leyla Begim “Qarabağ Şikəstəsi” sonetlərinin çələngindən bir parça daxil olmaqla sülh naminə şeirlərini təqdim edir.
Leyla Begim dörd şeir toplusu kitabının və bir neçə pyesin müəllifi və həmmüəllifidir. O, Azərbaycan Yazıçılar Birliyinin, Böyük Britaniya şeir cəmiyyətinin və Avropa Yazıçılar Konqresinin üzvüdür.
Yefim Abramovla işbirliyində yazılmış və Qarabağ müharibəsi qəhrəmanlarına həsr olunmuş “Xəyal quran oğlanlar” tamaşası Vaqif Əsədov tərəfindən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında səhnələşdirilmişdir. İmadəddin Nəsimi və Yan Husə həsr olunmuş “İmmolatio” tamaşasının fraqmentləri Maqsud İbrahimbəyov Muzeyində möhtəşəm şou kimi səhnəyə qoyulmuşdur. Xocalı soyqırımına həsr olunmuş “Qara qar dənəcikləri” tamaşasının istehsalı da Bakıda səhnəyə qoyulmuşdur.
Leylanın şeirləri və pyesləri müxtəlif dillərdə nəşr edilmişdir. Onun “Qarabağ Şikəsəti” sonet çələngi alman, ingilis və azərbaycan dillərində çap edilmiş və Azərbaycan miniatür kitab muzeyində saxlanılır. Onun pyesləri və şeirləri Çex dilində Milan Dvorakın tərcüməsində nəşr olunur. Leylanın məqalələri Çex Respublikasında, Rusiyada, Ukraynada və Azərbaycanda müxtəlif ədəbi jurnallarda və almanaxlarda dərc edilmişdir.
Leyla Müslüm Maqomayevin Bakı və Düsseldorfda təşkil etdiyi yubiley konsertinin iştirakçısı olub. O, "Qızıl qələm" və "Araz" Azərbaycan dövlət mükafatının sahibi və 10-cu Ümumdünya şeir festivalının "Mühacir Lirası" nın Finalçısıdır.
“Divarın o tayında” qısametrajlı filminin həmssenaristi və şeir müəllifidir. O, həmçinin, “Ürəyim Şuşa” mahnısının sözlərinin müəllifidir.
Hal-hazırda Leyla Çex Respublikasında yaşayır.