“Məbədin ürəyi” (2005) sənədli film
											Ssenari müəllifi: Teymur Daimi
											
											Rejissor: Teymur Daimi
											
											Quruluşçu operator: Cavanşir Cavadov
											
											Bəstəkar: Lalə Cəfərova
											
											Montaj: Rauf Əhmədov
											
											Rəssam: Teymur Daimi
											
											Səs rejissoru: Cavanşir Cavadov
											
											Səs operatoru: Fərhad Namazov
											
											Kompyuter qrafikası: Aydın Kələntərli
											
											Aktyorlar: Zümrüd Qasımova, Elnur İsmayılov
											
											Prodüser: Fuad Muxtarov
											
											Studiya: Caspian Supplies, Azərbaycan
											
											
											
											Sinopsis:
											
											Qədim sehrli məbədin sirlərini dərk etməyin özünə məxsus nadir yolunun axtarılması və tapılması (əslində isə bu - hər bir adamın öz “daxilində” olan Mənəvi Məbədin fiziki aləmdə maddiləşməsidir). Beləliklə, planetin ən vacib müqəddəs yerlərindən birinin sirrini, mahiyyətcə yaradıcı olan dərketmə prosesi, o yeri axtaran üçün gözlənilmədən özünüdərketmə prosesinə dönür, onun öz daxili aləminin (= həyatının, taleyinin, ruhunun, qəlbinin) sirrini dərketmə faktına çevrilir...
											
											
											Yuxarıda deyilənlərdən belə hasil olur ki, istənilən müqəddəs yerin tədqiqatı öz vacibliyilə, tədqiq edəni öz daxilinə, şəxsi daxili təcrübənin əhəmiyətliliyinə istiqamətləndirir və əgər o “daxili təcrübə” yoxdursa, kənardan əldə olunan hər hansı bilik mənasız və faydasız olur, çünki mənəvi Ürəyin “qanıyla suvarılmayıb”...
											
											
											Teymur Daimi - Əzimsadə adına İncəsənət Kollecində və Azərbaycan Dövlət Mədəniyyıt və İncəsənət Universitetində təhsil almış, multimedia mütəxəssisi, rejissor və fəlsəfəçidir (PH.D). Professional yaradicılıgında fənlərarası fəaliyyət, vizual sənətlər, kinematografiya, eksperimental kino, qavrama nəzəriyyısi, bədii yazı, pedagoji praktika, neyrofiziologiya, psixotexnologiya, antropoloji təcrübələri əhatə edir. Onun məqalələri bütün dünyada bədii nəşrlərdə dərc edilmişdir. Teymurun işləri Azərbaijanın vizual incəsənətin nümunəsi olaraq 2007-ildə 53-cü Venesiya Biennalesində təgdim olunmaq ücün secilmişdir. Onun işi 53-cü Venesiya Biennalesində Azərbaycan təsviri incəsənətinin təqdimatı üçün 2007-ci ildə seçilmiş işlər sırasına daxil edilib.
										
