Tora Ağabəyeva tərəfindən “Kətanın tarımlanlanması” adlı ustad dərsi
											Tora Ağabəyeva 1979-cu ildə Azərbaycan Respublikasında anadan olmuşdur.
											
											
											Ənənəvi qaydada Dövlət İncəsənət Akademiyasında təhsilini alan Tora hal-hazırda Berlin şəhərində yaşayır və işləyir.
											
											
											Tora 1979-cu ildə Sovet İttifaqının tərkibində olan Bakı şəhərində dünyaya göz açıb. O, erkən yaşlarından incəsənət üzrə təhsil alıb. Məhz bu, onun Sovet rejiminin sonu və post-Sovet dövrünün reallıqlarından uzaqlaşmasında həlledici rol oynayıb.
											
											
											90-cı illərdə incəsənət universitetinin tələbəsi olan Tora qardaşı və yaxın dostu Əli Həsənov ilə birlikdə ictimaiyyət üçün çox çılğın hesab olunan tamaşalarda iştirak edirdilər, amma o, bundan birtəhər yaxa qurtarmağa imkan tapdı. Daha sonra 2002-ci ildə Tora rəngkarlıq üzrə magistr təhsilini başa vuraraq akademiyadan məzun oldu. Bu zaman müddətində o, video çarxlar yaratmaqla öz maraq dairəsini izləməyə davam etdi.
											
											
											2006-cı ildə Tora Şanxay şəhərində yaşamağa üz tutdu və güclü bir Şərq toxunuşu ilə birlikdə onun bütün Sovet estetikası və yeni dünyanın kapitalist istehlakçı mədəniyyəti bir-birinə qarışdı. Beləliklə o, sosial reallığın rəngkarlığına başladı. Tora 2009-cu ildə Bakıya geri qayıtdı və rəngkarlığa davam etdi. 2013-cü ildə Tora Berlinə köçdü və hazırda o, Kunstquartier Bethanien-dəki studiyadan öz işinə davam edir.
											
											
											Mükafatlar
											
											
											Antalya Film Festivalında ən yaxşı dizayner üçün nəzərdə tutulmuş Qızıl Portağal mükafatı. 2012
											
											
											Fərdi sərgilər
											
											2011 “İki mənalı”, KicikQalart Gallery, Bakı
											
											2011 “Neft və Arzular”, Royal Opera House Arcade, London
											
											
											Seçilmiş qrup sərgilər
											
											2019 “Məxmər Sinəni Bağla” Genişləndirilmiş layihə, Triumph Gallery. Moskva. Rusiya (Aslı Səmədova tərəfindən təşkil edilmişdir)
											
											2019 “XƏSİSLİK VƏ SƏXAVƏT KAFESİ” GalerieDix9 Helene Lacharmoise (Azad Asifoviç tərəfindən təşkil edilmişdir)
											
											2019 “Müasir Kipr” Kipr Müasir İncəsənət Muzeyi. Lefkoşa. Kipr.
											
											2018 “Sənin üçün” İncəsənətə Könüllü Bağlılıq, Berlin, Almaniya
											
											2015 “Şirniyyat Dağları, Yağlı Yaralar” Müasir İncəsənət Muzeyi, Perm, Rusiya
											
											2012 “Bakıya uçuş. Azərbaycandan müasir incəsənət”, Salomon de Rothschild Oteli, Paris, Fransa
											
											“Bakıya uçuş. Azərbaycandan müasir incəsənət”, Phillips de Pury & Company, London, BB
											
											2011 “Önsöz”, Alternative Art Space, Bakı
											
											“Böyük Qafqaz” “Permin bəyaz gecələri” Festivalı, Müasir İncəsənət Muzeyi, Perm, Rusiya
											
											2010 “2009 ‘BakUnlimited’,SSRİ Remix” Tou Scene, Müasir İncəsənət Mərkəzi, Stavencer, Norveç
											
											2009 ‘BakUnlimited’, Azərbaycan Mədəniyyəti Günləri, Voltahalle, Bazel, İsveçrə
											
											2007 “Omnia Mea”, Azerbaijan Pavilion, 52nd Venice Biennale, Venesiya
											
											2003 “Karvansaray” Vizual İncəsənət və İncəsənət Tədbirləri üzrə Beynəlxalq Forum, Tbilisi
											
											2000 “Zamanın Qanadları”, Xaqani Ticarət Mərkəzi, Bakı
											
											1999 “Sex 2000” Art Manege, TheManege Mərkəzi Sərgi Zalı, Moskva
											
											1998 “Qalapaqos Tısbağasının Beyni”, ifa, Estetik İnkişaf üzrə Benevolent Fondu, Bakı
										
