“Züleyxa ilə dialoqlar” (2019) qısametrajlı film
											Məzmun
											
											"Züleyxa ilə dialoqlar" qısametrajlı sənədli filmi azərbaycanlı peşəkar pianoçu və şəfaçı Züleyxa Abdullayeva haqqındadır. Onun xəstəsi olmuş gənc rejissor Rəşid Ağamalıyev tamaşaçıları musiqi terapiyası sənətinə səmimi bir səyahətə dəvət edir.
											
											
											Komanda
											
											Rejissor, prodüser: Rəşid Ağamalıyev
											
											İştirak edirlər: Züleyxa Abdullayeva, Vidhi Mehrotra, Merih Ciritli
											
											Operator: Nina Scamborova
											
											Montajçı: Jorge Sanchez Calderon
											
											Səs operator: Berk Tugcu, Juras Karaka
											
											Rəng korreksiyası: Yan Vlnas
											
											Qrafik dizayner: Nəzrin Əlizadə
											
											Layihə koordinatoru: Durna Səfərova
										
											Rəşid Ağamalıyev
											
											Çexiya Respublikasının Olomouts şəhərinin Palatski Universitetində “Kinoşünaslıq” və “İngilis dilinin filologiyası” ixtisasları üzrə bakalavr dərəcəsi alıb. Praqada Səhnə Sənətləri akademiyasının Kino və Televiziya fakültəsində “Kinoprodüser” ixtisası üzrə kurs bitirib. 2018-ci ildə yaradılmış Azərbaycanın ilk Beynəlxalq Animasiya Festivalı ANİMAFİLM-in təsisçi və direktorur.
											
											
											Züleyxa Abdullayeva
											
											İncəsənət alimi Züleyha Abdullayeva Azərbaycan Dövlət Konservatoriyası Musiqişünaslıq sinfində təhsil almışdır (1981-1986). Təhsil aldığı müddətdə onda musiqi terapiyası və musiqi vibrasiyasının ənənəvi köklərini araşdırmaq həvəsi yaranmış və bu araşdırmalar onu mənəvi səyahətə yönləndirmişdir. O, Türkiyəyə köçdüyü zaman da musiqinin insan orqanizminə təsiri, aura və çakraya etdiyi əhəmiyyətli dəyişikliklər barədə təhsilini davam etdirmişdir. Bu müddət ərzində o, həmçinin, “Reiki Mastership”, “School of Integrated Holistic Healing”, "Substantial Healing" (3-cü dərəcə), “St Petersburgh Professional Association International Medicine Alternative Workshop” kimi musiqi terapiya seminarlarını da tamamlamışdır. Bu təlimlər onun uşaqlıqdan bəri fortepianoda asanlıqla bəstələdiyi improvizasiyalarına aydınlıq gətirib. Züleyxa Abdullayeva tamaşaçıları ilə dialoq quraraq onlarla enerji əlaqəsi yaradır və tamaşaçıların vibrasiyalarını pianoya ötürür. Və müəyyən məqamlarda tamaşaçılar bu improvizasiyalarda özlərini görüb hiss edə bilərlər.
											
											
											Rəsmi veb-səhifəsi: https://www.rashidaghamaliyev.com/films
											
											Facebook səhifəsi: https://www.facebook.com/Dialogues.with.Zuleyha.film/
										
 
											