İnna Kostinanın “Simurqlar” batik seriyasının təqdimatı
Festival çərçivəsində biz, Azərbaycanın Əməkdar rəssamı İnna Kostinanın müəllifliyi ilə həyata keçirilən “Simurq” adlı layihəni təqdim etdiyimizdən şadıq.
Layihə haqqında qısaca:
SIMURQ - ƏSRARƏNGİZ QADIN - QUŞ, 25 ildən çoxdur ki, işimdə "Simurq" mövzusunu müxtəlif texnikalardan istifadə edərək inkişaf etdirirəm: batik, rəsm, qrafika. Simurq-həm Şərq, həm də Slavyan mifologiyasında mövcud olan qadın-quş obrazıdır. Şərq (İran) mifologiyasında Simurq peyğəmbərlik qabiliyyətlərinə malikdir. Şərqdə Simurq, Taleyin Aləti kimi çıxış edən Sirlərin Qoruyucusu idi. Slavyan mifologiyasında Simurq obrazı Ruhun Dirilişinin bir simvolu olan qız başlı Cənnət Quşu - Sirin Quşuna uyğundur. Bir çox dini ənənələrdə quşlar yerlə göy arasında əlaqə qurur, Ürək və Ruhun simvolu kimi çıxış edir. Bu gün qloballaşma dövründə, milli sərhədlərin silindiyi, mədəniyyətlərin birləşdiyi bir dövrdə etnik kimliyin qorunub saxlanılması problemi kəskin şəkildə ortaya çıxır. Simurq obrazı, ruhun və Azərbaycan ruhunun gücünün bir simvolu olaraq mənə xüsusilə aktual görünür.
Katya Yonder - musigi prodüseri
Yasəf Eyvazov - solo ud
İnna Kostina Bakıda doğulub boya-başa çatıb. Moskva 1905-ci ilin xatirəsi Akademik Rəssamlıq məktəbini və Gerasimov adına Ümumrusiya Dövlət Kinematoqrafiya institutunu (ÜDKİ) bitirib. İxtisası rəssamlıq, eləcə də Bədii kino və televiziya üzrə quruluşçu rəssamdır. İnna Kostina Azərbaycanın Əməkdar rəssamıdır. O, Azərbaycan Rəssamlıq Akademiyasında Rəssamlıq kafedrasının dosenti və Kino emalatxanasının rəhbəridir. Rəsm, qrafika və batika janrları üzrə çalışır. Rəssam İnna Kostina beynəlxalq Biennale və sərgilərin iştirakçısı və mükafatçısıdır. İnnanın bütün dünya üzrə 40-dan artıq fərdi sərgisi və layihələri baş tutub.