Menyu
       

Nadejda Voinova tərəfindən “Bəyazlıq azarı” şeir toplusunun oxunması

Şeirlərin təqdimatı: Nadejda Voinova Afina Fərruxzadın “Bəyazlıq azarı” şeir toplusundan təqdimat

“Bəyazlıq azarı” (“Vitsvit”)
İsveç dilindən tərcümə edən Nadejda Voinova

“Bəyazlıq azarı” (2013) əsəri İsveç şairəsi Afina Fərruxzadın debütüdür. “Focus” jurnalının tərtib etdiyi reytinqinin 1-ci pilləsində qərarlaşmış bu əsər, mühacir ailə üzvlərinin müharibə, zorakılıq və yad mədəniyyətə dil girişi təcrübəsi haqqında poliloqdur. Qəhrəmanların söhbətləri — marksist terminlər və gündəlik ifadələr, Avropa müəlliflərindən sitatlar və dillə bağlı fəlsəfi düşüncələrin daxil olduğu yeni aforizmlərdir: “Doğma qardaşım dedi: Biz yalnız dilin bizə verdiyi ağrı cəmiyik / Səbəb olduğumuz ağrı cəmi...”

“Bəyazlıq azarı” dəfələrlə səhnələşdirilib və ingilis, Danimarka, Norveç, rumın, macar, Belarus və xorvat dillərinə tərcümə edilib.

Müəllif haqqında:
Afina Fərruxzad ən parlaq çağdaş İsveç şairələrindən biridir. 1983-cü ildə Tehranda anadan olub, Höteborqda böyüyüb. Yaradıcılıq debütü 2013-cü ildə “Bəyazlıq azarı” əsəri ilə olub. Şairə bir neçə kitabın müəllifi, kvir-poeziya toplusunun redaktoru, dramaturq, “Aftonbladet” qəzetinin ədəbi tənqidçisi və tərcüməçidir (Svetlana Kırsten, Marqerit Düras, Adrienna Riçin əsərlərini İsveç dilinə tərcümə etmişdir). Karin Boye mükafatı (2013) da daxil olmaqla 7 ədəbi ödülə layiq görülüb. Stokholmda yaşayır və Biskops-Arne Ədəbiyyat Məktəbində poeziya kursunu aparır.

Tərcüməçi haqqında:
Nadejda Voinova 1974-cü ildə Leninqradda (indiki Sankt-Peterburq) anadan olub. Rəssamlıq Akademiyasının “Sənətşünaslıq” fakültəsini bitirib. “Novıy mir iskusstva”, “Sobaka.ru”, “Terra incognita” və s. kimi nəşrlərdə art tənqidçi və jurnalist kimi çalışıb. Sankt-Peterburqun bir çox qalereya və muzeyləri ilə əməkdaşlıq edərək kurator və layihələrin müəllifi kimi sərgi fəaliyyətləri ilə məşğul olub. Vyana və Stokholmda yaşayaraq sərgi layihələri üzrə işləyib. İsveç incəsənəti və fotoqrafiya sənəti haqqında məqalələr yazıb. Stokholmda “Vostok” art qalereyasını təsis edərək, burada Slavka Veliçkova, Andrey Rudyev, Yekaterina Sisfontes və Riçard Foreusun sərgilərini təşkil edib.
Gunnar Ekelöfın “Mölln elegiyası” (Ad Marginem, 2016), İda Lindenin “Maşın-Qızın vəsiyyəti” (Arqo-Risk, 2017), Gunnar Ekelöfın “Seçilmiş əsərlər” tərcümə toplusu (A.Prokopyev və N. Press ilə birgə; Poryadok slov, 2018) və Malte Perssonun “Morzenin mahnıları” bilinqval kitabını (M.: LitQOST, 2019) tərcümə edərək, ilk dəfə rus dilində nəşr edib.
Müasir İsveç şairlərinin (Ann Yaderlund, Bruno K. Oyer, Khaşayar Naderehvandi, İda Böryel, Anna Aksfors, Maksim Qriqoryev və s.), uşaq kitabı və mahnılarının tərcümələri ilə məşğul olur. “Vozdux”, Prosodia, TextOnly kimi jurnal və şəbəkə layihələrində dərc edilmişdir. Gunnar Ekelöf haqqında məqalələrin, məruzələrin və mühazirələrin müəllifidir.