“Ən yaxşı milli qvardiyaçı” foto sərgisi
Viktoriya, 2019-cu ilin yazında Latviyanın Milli Qvardiyaısı olmaq qərarına gəlir. Onun iyirmi yaşı var və o, paytaxt Riqada gəmi şirkətində çalışır. Müxtəlif nəzəri və təcrübi təlimlərdən sonra namizədlər həftə sonu sonuncu imtahandan keçməlidirlər, yəni şəhərçiyin hərbi düşərgəsində və həmçinin meşədə 16 günlük həddindən çox tələbedici fiziki və zehni sınaqdan keçməlidirlər. Viktoriya idmançı deyildi və heç bir şəkildə də buna hazırlıqlı deyildi, lakin onun özünü sınamaq istəyi, xüsusən də az saylı qadınlardan biri olması, gündəlik mübarizəsində onun əsas enerji qaynağı oldu. Hər şeyin onun gözlədiyindən daha çətin olduğu ortaya çıxdı və tam yeni hərbi dünyanı bir loxma kimi udmaq bir anda onun üçün çox böyük göründü. Bununla belə, komanda işi, ölkəsi üçün daha faydalı olmaq həvəsi və çox sayda yeni təcrübələr öyrənmək meyli onu hədəfə doğru aparırdı. 11 nəfərlik qrupumuz daxilində günün ən yaxşı namizədi olmaq onun təxminən 10 gününü aldı və imtahandan keçən 30 nəfərlik bütöv bölmə daxilində o, Ən Yaxşı Milli Qvardiyaçı adına layiq görüldü.
Mən öz həmyerlilərimi demək olar ki, ilk gündən etibarən sənədləşdirməyə başladım, çünki mən həddindən çox səmimi olan aydınlıq və emosiyaların yaratdığı bənzərsiz atmosfer qarşısında müqavimət göstərə bilmədim, həm də mən də onlarla eyni təlimdə iştirak edirdim və digərləri ilə eyni səviyyədə idim. Mən onlarla fotoşəkillərimi paylaşmağa başladım və öz qəhrəmanlarımla daha da yaxınlaşdım, çünki onlar mənim tərəfimdən qoyulan töhfələri dəyərləndirirdilər.
Texniki cəhətdən mən, şəkillərin ağ-qara rəngdə olmasını istədiyimi bildirməkdə tərəddüd etmədim, çünki ənənəvi boz çalarlı şəkillərin, xüsusən də lif əsaslı gümüş jelatin çapın həqiqi pərəstişkarıyam. Bu səbəblə, telefonlarımın texniki parametrləri ilə məhdudlaşdığım üçün, mükəmməl bir şəklin necə bir görünüşə malik olması barədə fərziyyələrimdən azad olaraq demək olar ki, smartfonumdakı bütün imkanlardan istifadə etməyə qərar verdim, çünki əsas vacib olan hekayə idi!
Andrejs Kovaļovs
O, Portretin və hər bir şəkil arxasındakı hekayənin onun öyrənməyə can atdığı bir məqsəd olduğunu aşkar etdikdən sonra, yəni 2000-ci ildən bəri fotoqrafçılığa, özünün ikinci sənətinə çevirdi. 2006-2009-cu illərdə o, Latviyanın ISSP Fotoqrafiya Məktəbində Yaponiya, Türkiyə və İspaniyadan olan müəllimlərlə birlikdə müxtəlif seminarlarda iştirak etdi. Orada o, portret, sənədli fotoqrafiya və ağ-qara analoq işləm kimi sahələri öyrəndi. 2011-ci ildə çəkdiyi Ailə işi ilə o, Madriddə EFTI Fotoqrafiya Məktəbində Roberto Villagraz akademik nailiyyətini qazandı və orada o, bir il sənədli fotoqrafçılıq təhsili aldı. EFTI-də oxuduğum müddətdə eyni mövzuda dərin araşdırma apararaq Qarışıq Ailələr seriyasını hazırladım və onunla da 2011-ci il təqdimatının Birinci Mükafatını qazandım. 2013-cü ildə Elche Miguel Hernandez Universitetində o, Vizual İncəsənət üzrə Universitet Mütəxəssisi adına yiyələndi.
O, Latviyada, Özbəkistanda öz fərdi sərgilərini təşkil edib və İspaniya və Rusiyada bir neçə qrup sərgisində iştirak edib. Onun son fərdi sərgisi 2018-ci ildə Latviya Milli Kitabxanasında keçirilib və burada o, Corrida üzərində öz əl işlərini nümayiş etdirib.
Hazırda o, Latviya Respublikası Parlamenti Rəyasət Heyətinin Xarici İşlər Müvəkkili vəzifəsində çalışır.
O, 1998-ci ildən bəri karyera diplomatıdır. Latviyanın Moskva və Madriddəki səfirliklərində çalışmışdır. Onun peşəkar maraqlarına daxildir: ictimai diplomatiya, ünsiyyət, İspan dilli ölkələr, Orta Şərq. Onun əldə etdiyi diplom və dərəcələr bunlardır: Siyasi Elmlər üzrə bakalavr dərəcəsi, Beynəlxalq Münasibətlər üzrə magistr dərəcələri və Sənədli Fotoqrafçılıq.