“Cibimdəki daşlar” (2014) animasiya filmi
“Ciblərimdəki daşlar” animasiyası Signe Baumane tərəfindən yazılmışdır. Xanım Baumane həmçinin filmin rejissoru və prodüseridir.
Müddət: 1 saat 30 dəq
Dil: İngilis
Nyu-Yorkda yaşayan Latviyalı animasiya film rejissoru Signe Baumanenin dediyi kimi, film irsi xəstəliklə mübarizə aparan bir qadının şəxsi hekayəsi haqqındadır. Bu qadının çox möhkəm qorunan sirrini aşkar etmək üçün rejissor yumor və cəsarətlə çətin bir yola çıxır. Film Signenin ailəsindəki cəsur qadınlar və onların ruhi narahatlıqla mübarizəsi, vizual metaforalar, qeyri-real obrazları əks etdirən beş hekayədən ibarətdir.
Siqne Baumane Latviya animatoru, rəssam, illüstrator və yazıçı. Baumane hal-hazırda Nyu-Yorkda yaşayır və orada işləyir. Kinematoqrafiya İncəsənəti və Elmlər Akademiyasının üzvüdür. Baumane həmçinin pedaqoqdur. 2000-ci ildən 2002-ci ilə qədər Pratta İnstitutunda multiplikasiyadan dərs demişdir.