BMT Təhlükəsizlik Şurasının 1325 saylı qətnaməsinə həsr olunmuş “Qadınlar sülh uğrunda” video-konfrans
“Qadınlar sülh uğrunda” video-konfransla bağlı mətbuata açıqlama
24 noyabr 2020-ci il tarixində keçiriləcək “Qadınlar sülh uğrunda” adlı Beynəlxalq video-konfransda Latviya, Azərbaycan, Hollandiya, Litva, eləcə də, Avropa İttifaqının və BMT-nin Inkişaf Proqramının Azərbaycandakı Nümayəndəliklərindən və Qeyri-Hökümət təşkilatlarından olan beynəlxalq ekspertlər bir araya gələrək COVİD-19 Pandemiyası dövründə ailədaxili zorakılıqla bağlı problemlərin aradan qaldırılması üzrə təcrübələrini sizlərlə bölüşəcək. Konfransın digər mövzuları- qadınların qərar qəbuletmə proseslərində rolu, gender bərabərliyi və qadın hüquqlarıdır.
Bu Konfransda Latviya, Latviyanın Milli Fəaliyyət Planı üzrə Səfirlərindən biri, Latviya Xarici İşlər Nazirliyinin Beynəlxalq Təşkilatlar və İnsan Haqqları İdarəsinin Direktoru xanım İlze Ruuse və “Marta” adlı Qeyri-Hökümət təşkilatının Rəhbəri xanım İluta Laace tərəfindən təmsil olunacaq. “Marta” təşkilatı artıq Mərkəzi Asiyada öyrənilmiş təcrübəyə malikdir.
Azərbaycanı konfransda Azərbaycan Respublikası “Ailə, Qadın və Uşaq Probləmləri üzrə” Dövlət Komitəsi Sədrinin Birinci Müavini xanım Sədaqət Qəhrəmanova və “Rasional İnkişafı uğrunda Qadınlar Cəmiyyəti” qeyri-hökümət Təşkilatının Rəhbəri xanım Şəhla İsmayılova təmsil edəcək.
Avropa İttifaqının Azərbaycan Respublikasındakı Nümayəndəliyinin Əməkdaşlıq Şöbəsinin Rəhbəri, Nazir-Müşavir xanım Simona Qatti, Hollandiya Xarici İşlər Nazirliyinin Qadın Hüquqları və Gender Bərabərliyi üzrə Səfiri xanım Pascale Grotenhuis bu mövzu ilə bağlı fikirlərini Sizinlə paylaşacaq.
Litva Avropa Gender Bərabərliyi İnstitutunın əməkdaşı xanım Jolanta Reingarde Gender Bərabərliyi İndeksi, 2020-ci il: Daha 60 ildə gözləyə bilərikmi? Mövzusunda vedeo təqdimat ilə çıxış edəcək.
Konfransın bağlanışını BMT-nin Azərbaycandakı Nümayəndəliyinin məsul şəxsi Şəmsiyyə Mustafayeva edəcək.
Bu il BMT Təhlükəsizlik Şurasının Qadınlar, Sülh və Təhlükəsizlik haqqında 1325 saylı Qətnaməsinin 20-ci ildönümünə həsr edilib. Bu Qətnamənin qəbul edilməsi müharibənin qadınlara təsirini və silahlı münaqişələrin həllində və sülhün qorunmasında qadınların rolunu birbaşa həll edən tarixi bir mərhələ idi. Qətnamə eyni zamanda münaqişə sonrası mühitdə qadınların maraqlarını nəzərə almağın və qərar qəbuletmənin bütün səviyyələrində qadınların daha yüksək təmsilçiliyinə nail olmağın vacibliyini də vurğulayır.
Latviya Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyi Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi ilə birgə əməkdaşlıqla 16-24 noyabr 2020-ci il tarixlərində “ Qız Qalası. Qadın olmaq” adlı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Qadınlar Sülh Uğrunda” adlı Konfrans təşkil edir.