İrina Eldarovanın emalatxanasında “Açıq Qapı”
“Açıq Qapı” layihəsi beynəlxalq şöhrətli məşhur Azərbaycan rəssamı İrina Eldarovanın emalatxanasına ziyarət etmək imkanı yaradır. Qonaqlara rəssamın yaradıcılıq prosesini izləmək, geniş sənət kolleksiyasını görmək, eləcə də rəssamla birbaşa canlı ünsiyyətdə olmaqdan həzz almaq kimi unikal imkan təqdim olunacaq.
İrina Eldarova
Lesli Qrey
Bakıda yaşayan rəssam İrina Eldarova Moskvada doğulub, təhsilini Sankt-Peterburq Akademiyasında və Moskva Dövlət Universitetində alıb. Bir oturuşmuş rəssam kimi İ. Eldarova incəsənətin qrafika, illustrasiya, videoart, fotoqrafiya və rəsm kimi sahələrində fəaliyyət göstərir. Bundan əlavə, o həmçinin Bakıdakı Xalqlar Dostluğu metrostansiyası üçün nəhəng mərmər relyeflər tərtib edib. Sovet dövründə yetkinlik dönəminə girmiş bir rəssam kimi, İ.Eldarovaya Azərbaycanda, Rusiyada, Qazaxıstanda həyata keçirilən layihələrdə iştirak etmək qismət olub və 2007-ci ildə o, Qazaxıstanın Jurnalistlər Birliyi tərəfindən ən yaxşı media-layihəyə görə mükafata layiq görülüb. Rəssam 1998-ci ildə Londonda “Aqressiv natürmort” adlı, həmçinin 2007-ci ildə Bakı İncəsənət Mərkəzində, 2010-cu ildə Muzey Mərkəzində və 2012-ci ildə öz studiyasında fərdi şərgilər təşkil edib. İ.Eldarova həmçinin Avstriya, Rusiya, Almaniya, Fransa və Birləşmiş Krallıqda baş tutan genişmiqyaslı “Fly to Baku. Azərbaycanda müasir incəsənət” (2012–2014) adlı səyyar sərgidə iştirak edib. 2013-cü ildə isə rəssamın əl işləri Parisdə keçirilən “Home Sweet Home” qrup sərgisinə daxil edilir. Muzey Mərkəzindəki bir çox sərgilərlə birgə, 2013-cü ildə onun əsərləri Yarat çərçivəsində qrup, həmçinin 2007 və 2012-ci illərdə “Alüminium” müasir incəsənət biennaleləri çərçivəsində keçirilən sərgilərə daxil edilir. Bundan əlavə, rəssamın əsərləri Azərbaycanın Qəbələ, Gəncə və Şəki kimi şəhərlərində sərgilənib. Hal-hazırda irina Eldarova Qərb Universitetində dərs deməklə yanaşı öz rəssamlıq təcrübəsini genişləndirir.
İrinanın yaradıcılığı incəsənətin bir sıra sahələrini əhatə etsə də, Azərbaycanda o, məhz rəsm əsərləri sayəsində tanınır. 2014-cü ildə İçəri Şəhərdə yerləşən Yay Qalereyasında onun, Azərbaycanda gender rollarının və gözləntilərin dəyişməsinə yumoristik mövqedən yanaşan, geniş “Qadınlar neftçilərə üstünlük verir” adlı fərdi sərgisi nümayiş olunur. Burada rəssam ənənəvi qadınlıq və gözəllik ideyasının təcəssümü qismində parlaq boyalar və nostaljik üslub sayəsində məşhur amerikalı kino aktyor Merilin Monronu təsvir edir. Qadınlıq və gözəllik ideyası ilə birgə, M. Monronun obrazı, tez-tez öz filmlərində canlandırdığı sadə qadın rollarından fərqli olaraq, həmçinin zəngin ər taparaq sıravi həyatdan qurtulmaq ideyasını təcəssüm edir. Merilinin obrazını dəyişməklə, rəssam qadınların cəmiyyətdə yeni rola yiyələndiyi zaman keçirdikləri həyacanı, həmçinin müstəqil gələcək dalınca gedə bilmək azadlığına malik olmalarına baxmayaraq, gender stereotiplərinə uyğunlaşmalı olduqlarını hiss etdiklərini ifadə etməyə çalışır. Onun əsərlərində bütün kişilər neftçilərdir. İlham aldığı 1960-ci illərin qəzet şəkillərini, sosialist realizmi və pop-artı birləşdirərək İrina təxmin etmək istəyir ki, günümüzdə qadınların arzusu özlərində nağıl romanlarının fantaziyalarını gizlətmək yox, onlara istədikləri həyatı bəxş edəcək varlı və uğurlu iş adamı ilə tanış olmaqdır. Şəkillərdə təsvir olunan Merilin ikili rol oynayır — bir tərəfdən kişilərin şəhvət obyektini, digər tərəfdən isə qadınların arzularını və məhdudiyyətlərini təcəssüm edir. Eyni zamanda ironik və reflektiv olan bu silsilə izləyiciləri mədəni rolların həm dəyişməsi, həm də olduğu kimi qalması barədə düşünməyə dəvət edir.
2018-ci ildə İrina Bakıdakı Gazelli Art House-da keçirilən “1918” adlı qrup sərgisinə qatılır. Bu sərgidə müasir azərbaycanlı rəssamların Azərbaycan Demokratik Respublikasının 100-illiyinə həsr olunmuş əl işləri təqdim edilmişdi. Bütün əl işlərində incəsənətin müxtəlif sahələri vasitəsi ilə ötən 100 il ərzində Azərbaycan tarixi araşdırılır. İrina Eldarovanın rəsm əsəri, iki fotoqrafiyalardan ibarət kollajı və akril işıqlandırma neftin Azərbaycanın ictimai və mədəni həyatına təsirini vurğulayaraq, diqqəti, həyatları bu neft iqtisadiyyatı sayəsində formalaşan həm sənayə liderlərində, həm də adi vətəndaşlarda cəmləşdirir. İrinanın yaradıcılığı keçmişdən doğub, hal-hazırda cərəyan edən indini gələcəkdə necə formalaşdırmaq olar sualını araşdıran vasitəçi rolunu onayır.