Filosof və kulturoloq Rəhman Bədəlov ilə görüş
Moderator: dramaturq İsmayil İman
Filosof və kulturoloq Rəhman Bədəlovla görüşdə Ernest Heminqueyin “Fiesta” romanı və Günəş çıxır (1926) timsalında gender rollarına aid məsələlər müzakirə olunacaq.
Əsas diqqət kişiliyin və qadınlığın təbiətinə, cəmiyyətin və adət-ənənələrin tətbiq etdiyi davranış nümunələrinə yönəldilir. Bu axşamın bir hissəsi kimi Rəhman Bədəlovun “Fiesta ‘… və Bret onlarla idi’” adlı məqaləsi və dramaturq İsmayil İmanın Rəhman Bədəlovla olan söhbətləri əsasında şəxsi təcrübələri vasitəsi ilə məqaləni əks etdirən mətni səsləndiriləcək.
İsmayil İman bu mətni xüsusi olaraq bu axşam üçün qələmə alıb.
Rəhman Bədəlov
Rəhman Bədəlov 1937-ci ildə Bakıda anadan olub. Fəlsəfə elmləri Doktoru, Professordur. O, bir neçə kitabın, o cümlədən “Qəhrəmanlıq eposunun həqiqəti və bədiiliyi”, “Birlikdə yaşamaq və ya İnsanlar demokratiyaya necə gəldi”, “Zərdobalı adam: kino üçün sənədli fantaziya” kitablarının və dörd yüzdən çox elmi, maarifləndirici və publisistik məqalələrin müəllifidir.