ELEMENT / Nargiz Əsgərovanın və Ganzeenin audiovizual performansı
Tarix: 23 may
Vaxt: 20:30
Məkan: Goethe Zentrum Baku
Ünvan: 28 May küç., 35, Kapellhaus bağçası
“Element” — sənətçi Nargiz Əsgərovanın video-art əsəridir və təbiətlə yaxın, emosional əlaqəni tədqiq edir. Abstrakt və poetik vizuallar vasitəsilə bu iş tamaşaçıları təbiətin ilkin ünsürləri ilə yenidən bağlanmağa dəvət edir. Video nümayişi zamanı DJ Ganzee tərəfindən ifa olunacaq eksperimental canlı house musiqisi ilə müşayiət olunacaq. Bu birlikdəlik səs və görüntünün daim qarşılıqlı təsirdə olduğu immersiv bir atmosfer yaradır və vizual incəsənətlə canlı performans arasındakı sərhədləri silir.
Vizual materiallar elektron mikroskopla çəkilmişdir.
Nərgiz Əsgərova, nano-rəssam
Nərgiz Əsgərova, rəqəmsal Azərbaycanlı sənətçi və nano-sənət sahəsində fəaliyyət göstərir. O, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının İncəsənətşünaslıq fakültəsində Əsərlərin Restavrasiyası və Ekspertizası ixtisası üzrə bakalavr və magistr təhsilini alıb. Eyni zamanda, Rusiya Sankt-Peterburq Kino və Televiziya İnstitutunda “Fotografiya Sənəti” sahəsində peşəkar inkişaf kursları keçib və YARAT — Müasir İncəsənət Məktəbində təhsil alıb. Nərgiz müxtəlif beynəlxalq festivallarda və sərgilərdə iştirak edib, o cümlədən Empow’Her layihəsi, Beynəlxalq Nanoart Festivalı, İstanbul Rəqəmsal İncəsənət Festivalı, Beynəlxalq Gurama Festivalı, 10-cu Daşkənd Müasir İncəsənət Biennalesi (2-ci yer) və 2-ci Səudiyyə Ərəbistanı Beynəlxalq Əl İncəsənətləri Həftəsi (Banana) kimi tədbirlərdə yer alıb.
2025-ci ildə Beynəlxalq Xalça Festivalında “Zaman” rəqəmsal sərgisinin kuratoru və “Görünməz İplər” rəqəmsal performansının müəllifi olacaq.
“Sənət əsərlərində, hər gün gördüyümüz və toxunduğumuz bio-aləmin nano həyatını, yaxud bizə tanış olan, amma görmədiyimiz, təəccüblü rəngləri və formaların gözəlliyini, əsasən kiçik bitkiləri kəşf edir.”
Nanoart — rəqəmsal sənət formasında bir sahədir. Bizim ətrafımızda olan nano, heç vaxt görmədiyimiz həyatın gözəlliyini, rənglərini və formalarını təsvir etmək üçün bir vasitədir. Elektron mikroskopu vasitəsilə yaradılan nano şəkillər, xüsusi qrafik redaktorlardan istifadə edərək kompüterdə işlənir.
Ganzee
Əslən Bakı–Laçından olan Ganzee musiqi karyerasına 2018-ci ildə gənc prodüser kimi başlayıb. Musiqi prodüserliyini öyrənərkən DJ-lik artıq onun diqqətini cəlb etmişdi. 2023-cü ildə öz-özünə öyrənməyə başlayan Ganzee 2024-cü ilin əvvəlində yerli və autentik DJ məktəbi olan “Headroom”a daxil olub və 2 ay sonra oranı bitirib.
Ganzee şəhərin bir neçə klubunda — The Cocktail Kiçin, 4Loft, AkBar, Labyrinth — çıxış edib, müxtəlif özəl tədbirlərdə səhnəyə çıxıb və COP29 tədbiri çərçivəsində Extreme Hangout tərəfindən dəvət alıb. O, janrlarla eksperimentlər edir, əməkdaşlıqlara və yeniliklərə açıqdır.
Janrlar arasında sərbəst hərəkət etsə də, onun ürəyi elektronika, hipnotik raw texno, hard-groovy və elektro haus janrlarına aiddir. Tech house və elektron ritmlərlə başlayan Ganzee özünəməxsus üslub yaradıb — 2000-ci illərin əvvəllərinə aid sintezatorları texno və hard house ritmləri, həmçinin müasir səslərlə birləşdirir.