“İncəsənətdə feminizm, kuratorların nəzərində”. Əfsanə Tahirovanın mühazirəsi
Bu mühazirədə incəsənətdə qadın sənətçilərə və qadınlara dair mövzulara yer verməyin vacibliyindən, həmçinin dünyanın fərqli yerlərində, o cümlədən Azərbaycanda kuratorların və sənətçilərin gender bərabərsizliyi mövzusunu necə ifadə etdiyindən və dünyanı qadın və qızlar üçün təhlükəsiz və azad yer etməyə necə çalışdığından danışılır.
Əfsanə Tahirova
Əfsanə Tahirova müstəqil tədqiqatçıdır; Azərbaycanda, Böyük Britaniyada və Avstraliyada təhsil almışdır; kollektiv, nəsildən-nəslə ötürülən və fərdi travmaları, o cümlədən kollektiv şüurda gender bərabərsizliyi mövzusunu araşdırır. İncəsənəti insanın özünü ifadəsinin vasitələrindən biri kimi tədqiq edir.