Press Conference

The Landmark Rotunda -1
The European Union Delegation to the Republic of Azerbaijan is organizing the International Festival of Contemporary Art “MAIDEN TOWER. To Be a Woman", which will be held on 17-27 September in Baku and in the regions of Azerbaijan.
The Festival topic is linked with the 100th anniversary of the liberation of Azerbaijani women and emphasizes the role of women in the Azerbaijani society and around the world. The festival's program includes several exhibitions, public art events, visual poetry evening, discussion panel, thematic film shows and workshops in the context of contemporary art.  At the beginning of 20th century in the context of important historical and political events, the first women liberation movement was launched in Azerbaijan and with the establishment of the Azerbaijan Democratic Republic, it became the first Muslim country to grant election rights to women, as early as in 1918.
 “MAIDEN TOWER. To be a Woman”, The International Contemporary Art Forum has been initiated by Sabina Shikhlinskaya in 2009 in Baku. It was the first collective reflection to the subject of the gender equality through the contemporary art in Azerbaijan. A year later, in 2010, the same topic - “To be a Woman” - was presented through the exhibition project “Openly” in the framework of Istanbul - European Capital of Culture 2010. After 10 years S.Shikhlinskaya is curating “MAIDEN TOWER. To be a Woman” 2019 concentrating on still actual questions of gender equality.
The title of the Festival is inspired from the main attraction and symbol of Baku city – Maiden Tower, shrouded in many legends and mysteries. Most of them are associated with the meaning of the word "Maiden" meaning the tower of the virgin in the context of woman – “Virgo”. Contents vary depending on different stories, but the fatal outcome of woman's life due to the moral or physical violence of a man is the key and dominant theme. This image of a woman in the East - weak and not protected in her rights and fighting for her freedom with only possible solution - death - is a kind of ideological stereotype, and it creates false priorities on the gender equality topic in the region. Historians and researchers believe the name of the main tower of the city "Gyz Galasy" means the Virgin Tower in the meaning of its inaccessibility, because the tower due to its very favorable location was never captured by any enemy. “Maiden Tower” was surrounded by Caspian Sea on one side and on the other side – by a town fortress, which made it almost unconquerable.
The project attempts to work with artists, curators, cultural activists and local communities in Azerbaijan-Baku and regions through the prism of gender equality, feminism and immaterial cultural heritage in this context. In the framework of the project, exchanges will try to define methodologies and better understanding in the local and global context. This project should provide answers to the system, its problems, gender and social inequalities. Art exhibitions, debates, panel discussion, urban and contemporary art and happenings are the way to create a temporary community between the international participants and the local residents building long-term relationships.
The festival is organized and implemented in partnership with a number of diplomatic missions in Baku and government leading institutions and organizations of arts and culture as the Union of Azerbaijani Artists, MoMA Baku, YARAT Contemporary Art Center, Baku city Cultural Department, Baku International Centre of Multiculturalism, M.Ibrahimbayov Creativity Center, Ganja municipality etc.
The guests- participants of Festival are film directors, museum specialists, curators and art critics, artists and cultural activists, from EU member states such as Austria, Germany, the Netherlands, Sweden, Hungary, Latvia, Eastern Partnership countries such as Georgia, Moldova, Ukraine and from third countries such Argentina, Mexico, Turkey, Israel, Iran, Switzerland.
This Festival is the third large Festival sponsored by the European Union Delegation, following "IMAGINE-Euro Tolerance Festival" and "FANTAZIA-Cultural heritage festival", promoting European values and principles.

-------------------------------------------------

Azərbaycan Avropa İttifaqı Nümayəndəliyi tərəfindən təşkil olunan “Qız Qalası. Qadın Olmaq” adlı Müasir İncəsənət Festivalına ev sahibliyi edəcək

 Avropa İttifaqı Azərbaycandakı nümayəndəliyi sentyabrın 17-dən 27-dək Bakı şəhəri və regionlarda "Qız Qalası. Qadın olmaq” adlı beynəlxalq müasir incəsənət festivalı təşkil edir. Festivalın mövzusu Azərbaycan qadınlarının azadlığının 100 illiyi ilə əlaqəlidir, ölkəmizdə, eləcə də bütün dünyada qadınların rolunun gücləndirilməsi məsələlərini özündə əks etdirir. Layihə proqramına müasir incəsənət kontekstində müxtəlif səpkili sərgilər, ictimai incəsənət tədbirləri, vizual poeziya gecəsi, müzakirə forumları, tematik film nümayişləri, vorkşoplar daxildir.
XX əsrin əvvəllərində, mühim tarixi və siyasi hadisələrin baş verdiyi zəmində Azərbaycanda ilk qadın hərəkatı başlamışdır və Azərbaycan Demokratik Respublikasının qurulması ilə bu dövlət 1918-ci ildə qadınlara seçki hüququ verən ilk müsəlman ölkəsi olmuşdur. 
“Qız Qalası. Qadın olmaq” Beynəlxalq Müasir İncəsənət Forumuna ilk dəfə 2009-cu ildə Bakıda Səbinə Şıxlinskaya tərəfindən təşəbbüs göstərilmişdir. Bu Azərbaycanda müasir incəsənət vasitəsilə gender bərabərliyi mövzusunda ilk birgə təqdimat işi idi. Bir il sonra isə, yəni 2010-cu ildə “Qadın Olmaq” adlı eyni mövzu “İstanbul-Avropa Mədəniyyətinin Paytaxtı 2010” çərçivəsində “Openly” sərgi layihəsində təqdim olunmuşdur. “QIZ QALASI. Qadın Olmaq” layihəsinə kuratorluq edən S.Şıxlinskaya 10 ildən sonra yenidən gender bərabərliyi ilə əlaqədar hələ də gündəmdə qalan sualları bu layihə vasitəsilə vurğulayır.     
Festivalın adı Bakının əsas görməli yeri və simvolu hesab edilən, haqqında çoxlu əfsanələr və sirrlər dolaşan Qız Qalasının adından götürülüb. Adın mənası ilə bağlı daha çox irəli sürülən fikir onun “Qız” sözü ilə əlaqədardır ki, bu da qadınlar mövzusunda bakirə - “Virqo” qalası mənasını daşıyır. Mövzunun konteksti müxtəlif hekayələrlə əhatələnsə də, əsas və aparıcı mövzu kişilər tərəfindən qadınlara qarşı göstərilən mənəvi və fiziki zorakılıq və bu səbəbdən qadınların yaşadığı faciələrdir.  Şərqdəki qadının təsviri zəif və öz haqqlarını müdafiə edə bilməyən varlıq kimi verilir. O, öz azadlığı uğurunda yalnız bir mümkün həlli yolu ilə mübarizə aparır, bu da faciəli sonluğa aparan ölümdür. Bu, həm də bir növ ideoloji stereotipdir və regionda gender bərabərliyi mövzusuna dair yanlış üstünlüklər yaradır.
Tarixçilər və tədqiqatşılar şəhərin əsas qalası olan “Qız Qalasını”nın adının onun alınmaz olduğuna görə bakirə, yəni Qız Qalası mənasını daşıdığını düşünürlər, çünki qala öz əlverişli yerləşməsinə görə heç bir düşmən tərəfindən alına bilməmişdir. “Qız Qalası” bir tərəfdən Xəzər dənizi və digər tərəfdən isə şəhər qala divarları ilə əhatələnmişdir ki, bu da onu əlçatmaz etmişdir.
Layihədə gender bərabərliyi, feminizm və qeyri-maddi mədəni irs prizmasında nəzərə alınan işlər əsasən Bakı və rayonlarda incəsənət adamlarının, kuratorların, mədəniyyət fəallarının və yerli icmaların iştirakı ilə birgə olaraq aparılmağa çalışılır. Layihə çərçivəsində, mübadilələr əsasında yerli və qlobal kontekstdə metodologiyanı və daha yaxşı başa düşülməni təmin etməyə cəhd göstəriləcək. Bu layihə sistemə, onun problemlərinə, gender və sosial qeyri-bərabərsizliyinə cavablar tapmalıdır. Layihənin çox yaxşı şəkildə təşkil olunmuş intellektual, sosial və yaradıcılıq mübadiləsi fikri ətrafında cərəyan etməsi nəzərdə tutulur. İncəsənət işlərinin nümayişi, konfrans, müzakirə forumları, ictimai incəsənət tədbirləri və müxtəlif hadisələr beynəlxalq iştirakçılar və yerli sakinlər arasında müvəqqəti icma yaradacaq və uzun-müddətli əlaqələrin təməlini qoyacaq.
Festival Bakıdakı bir sıra diplomatik missiyalar və Azərbaycan Rəssamlar İttifaqı, MİM Bakı, YARAT Müasir İncəsənət Mərkəzi, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, M.İbrahimbəyov Yaradıcılıq Mərkəzi, Gəncə İcra Hakimiyyətinin və bu kimi digər aparıcı hökumət müəssisələri və təşkilatları  ilə birgə əməkdaşlıq çərçivəsində təşkil olunur və həyata keçirilir.
Festivalın qonaqları və iştirakçıları Avropa İttifaqına üzv ölkələrdən Almaniya, Avstriya, Niderland, İsveç, Macarıstan, Latviyadan, habelə Şərq Əməkdaşlığı ölkələrindən Gürcüstan, Moldova, Ukraynadan və üçüncü ölkələrdən Argentina, Meksika, Türkiyə, İsrail, İran və İsveçrədən olan film direktorları, muzey mütəxəssisləri, kuratorlar və incəsənət sahəsindəki tənqidçilər, rəssamlar və incəsənət fəallarından ibarətdir.  
Bu festival “İMAGINE-Avro Tolerantlıq" Festivalı və "FANTAZİYA" Mədəni irs Festivalından sonra ölkəmizdəki Avropa İttifaqı nümayəndəliyi tərəfindən maliyyələşdirilən və Avropa dəyərlərini və prinsiplərini təbliğ edən üçüncü böyük festivaldır.