Menyu
       

“Bir damla günəş, bir nəfəs külək və bir az da sevgi” pyesinin bədii oxunuşu

Pyesin müəllifi: İsmayıl İman
Rejissor: Tural Mustafayev
İştirak edənlər: Gülay Xəlilzadə, Aysel Hüseynova, Əfsanə Rəsulova
Məkan üzrə koordinator: Ruhanə Əliyeva

Bərdə rayon Mədəniyyət Mərkəzində müasir Azərbaycan dramaturqu İsmayıl İmanın “Bir damla günəş, bir nəfəs külək və bir az da sevgi” pyesinin bədii oxunuşu baş verəcək. Pyes Azərbaycanda əsas gender problemlərindən birinə toxunur. Tamaşa üç qəhrəmanın — Yeniyetmə qızın, Gənc qızın və Gənc qadının monoloqları üzərində qurulub. Detalları uyğunlaşdıraraq, izləyici bu insanların müxtəlif yaşlarda eyni qəhrəman olduğunu təxmin edir…