Menyu
       

Alina Yusupova, “Yol”

İnteraktiv multimedia instalyasiyası
Yaradılış ili: 2023
2-kanallı video
01:59 dəq.

Bir dairə və bir mərkəz var. Biz dairənin ətrafında hərəkət etməliyik, çünki onun üzərindəyik. Bir növ radiusdan istifadə etməliyik, çünki yalnız radius dairəni mərkəzə birləşdirə bilər. Bu radius yoldur (Təriqətdir) və o, ən böyük potensiala malikdir. O sizi transformasiya edə, tamamilə dəyişə bilər. Yol (Təriqət) bir müalicə — terapiya, gözümüzü açacaq və əvvəllər görmədiklərimizi görə biləcəyimiz bir məlhəmdir. Yol (Təriqət), Təsəvvüfün mənəvi yüksəliş və ezoterik bilik anlayışıdır. Yol insanın öz “mən”-i ilə, özü və kainat arasında, hissəcik ilə bütövlüyün arasında olan maneələri aradan qaldırmaq sənətidir.