Menyu
       

Fidan Hümbətli, “Öyrəşmişəm”

Performans: video, 5:49 dəq.
Heykəl: 120 × 189 × 75 sm
Yaradılış ili: 2023
Kurator: Aynur Abutalıbova
YARAT Müasir İncəsənət Məkanının sifarişi ilə

Əsər Nizami Gəncəvinin “Fitnə” hekayəsinə əsəslanaraq yaradılıb.

Bu hekayəndən ilhamlanaraq, vərdişlərin cəmiyyətdə nə dərəcədə təhlükəli olmağından bəhs etmək istədim. Lakin bu, şairin əsərində olduğu kimi müsbət mənada deyil.

Mənim interpretasiyamda olan Fitnə məişət, psixoloji, emosional, fiziki, reproduktiv zorakılığın qurbanıdır və bunları öz boynunda daşıyır. İllər boyu bu zorakılıq böyüsə və kəskinləşsə də, o artıq bunu hiss etmir, çünki uşaqlıqdan buna öyrəşib — birinci bu yükü doğulduğu ailədə, sonra isə öz ailəsində daşıyır. Həmin yükü simvolik olaraq Fitnənin öküzü simasında göstərmişəm. Öküz böyüyüb ağırlaşdıqca Fitnə bunun fərqində olmur, çünki vərdiş edib. Burada vərdişin mahiyyətini və təhlükəsini, cəmiyyətin qadınların çiyinlərinə qoyduğu yük və zorakılığın normallaşdırılmasını göstərirəm.