Menyu
       

Leyla Xəzərinin təqdimatı

Leyla Xəzəri qalereyası haqqında məlumat
Qalereya yalnız müasir rəngkarlığı təbliğ etmirik, yalnız istedadlı gənc müəllifləri axtarıb tapmır, təkcə doğma ölkəmizdən kənarda da məşhur olan və artıq özünü təsdiq etmiş rəssamların işlərini nümayiş etdirmir. Incəsənətin bütün növləri üçün həmişə açıqdır. “Leyla Xəzəri” art-qalereyasında neft texnikası ilə rəsm çəkmək üzrə ustad dərsləri keçirilir, tez-tez nəinki rəssamların , o cümlədən heykəltəraşların, fotoqrafların, konseptual kukla müəlliflərinin, döymə ustalarının fərdi sərgiləri də təşkil edilir. Dünya qalereyaları və bütün dünyadakı gözəllik məftunları ilə əlaqələr hər gün artır və genişlənir. Hətta ilk baxışda maneə kimi görünən bədnam koronovirus qalereyanın imkanlarını on dəfələrə artırmağa imkan yaratdı. Sosial şəbəkələrlə işə başlanıldı, onlayn hərraclar keçirməyə planlaşdırılır, bu satışlardan alınan gəlirdən pandemiya əleyhinə mübarizəyə maliyyə dəstəyi göstərilir.
Qalereya artıq 2,5 ildir ki, fəaliyyət göstərir. Bu vaxt ərzində, bayaq sadalananlardan əlavə, qalereyada, poetik axşamlar, yaradıcılıq görüşləri, konseptual kuklalar haqqında mühazirə, sənədli filmlərin təqdimatları keçirilib. Bundan başqa incəsənətlə bağlı bir çox verilişlər üçün məkan kimi məhz “Leyla Xəzəri” qalerayası seçilib. Qalereya “Kaspi” qəzeti ilə tərəfdaşlıq edir, orada daimi rubrikası mövcuddur. Orada rəssamlar, heykəltəraşlar haqqında məlumatlar dərc edilir, müsahibələr verilir. Əməkdaşlıq etdiyimiz böyük müəlliflər sırasına hər gün yeni adlar əlavə olunur.

Qalereyada əsərləri nümayiş etdirilən müəlliflər:
Lyubov Mir-Cavadova
Yelena Haqverdiyeva
Rəfail Əliyev
Mir-Azər Abdullayev
Samir Qaziyev
Hüseyn Haqverdiev
Pərviz Hüseynov
İrina Qundorina
Yavər Sultanov
Siruz Mirzəzadə
Arif Hüseynov

Qalereyanın sahibi Leyla Xəzəri barədə məlumat
Mən rəssam deyiləm, iqtisadi təhsil almışam. Amma rəngkarlıq məni çoxdan özünə cəlb edirdi, mən hətta rəssamlıq üzrə ustad dərslərinə də getmişəm. Və hansısa bir məqamda rəssamlığa məhəbbətim və aldığım təhsil art-qalereya açmaq istəyində qovuşdular və “Leyla Xəzəri” layihəsində birləşdilər. Bura mənim üçün sadəcə olaraq tablolar nümayiş etdirilən və əsərlər satılan bir qalereya deyil. Belə deyə bilərəm ki, bura mənim evimdir. Nəinki mənim, bütün gözəllik aşiqlərinin, Azərbaycan mədəniyyətinə və incəsənətinə vurğun olanların evidir. Bura mənim arzularımın çin olduğu məkandır.