Menyu
       

“Sarı gəlin” Firəngiz Əlizadə tərəfindən mühazirə. Musiqili ifa

Qız Qalası. Qadın Olmaq – Qadınlar Sülh uğrunda” adlı Beynəlxalq Müasir İncəsənət Festivalı çərçivəsində Azərbaycanın görkəmli bəstəkarı Firəngiz Əlizadə “Sarı Gəlin” Azərbaycan xalq mahnısı tarixi haqqında danışacaq.

Bundan əlavə sizə latviyalı (“Melo-M”) və macar (M a k á m) məşhur qruplarının ifasında “Sarı Gəlin” mahnısını məmnunluqla təqdim edirik.

Firəngiz Əlizadə — Azərbaycanın görkəmli bəstəkarı, UNESCO-nun Sülh artisti, Azərbaycan Respublikasının xalq artisti (2000), professor Firəngiz Əlizadə müasir Azərbaycan musiqi mədəniyyətinin dünya miqyasında ən tanınmış simalarındandır. Onun əsərləri xarici ölkələrdə ən böyük konsert və teatr səhnələrində, beynəlxalq festivallarda adlı-sanlı ifaçılar tərəfindən səsləndirilir. Onun musiqisi minlərlə xarici dinləyicilər tərəfindən böyük rəğbətlə qarşılanaraq, ən geniş beynəlxalq arenada şöhrət qazanmışdır. Azərbaycan SSR əməkdar incəsənət xadimi (1990), AMEA-nın müxbir üzvü (2017), professor (1999), Azərbaycan Respublikasının xalq artisti (2000), Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Himayəçilik Şurasının üzvü. Azərbaycan Bəstəkarlar İttifaqının Sədri.


Latviya Respublikasının Bakıdakı Səfirliyi Latviyanın məşhur violençel triosu “Melo-M” ifasında “Sarı Gəlin” xalq mahnısını məmnunluqla sizlərlə bölüşür.Latviyalı triounun ifasındakı “Sarı Gəlin” mahnısı Azərbaycan xalqına olan həmrəliyi nümayiş etdirir Kārlis Auzāns, Miķelis Dobičins və Jānis Pauls bir araya gələrək 2005-ci ildə Melo-M” triosunu yaratdılar. O vaxtdan bəri trio 5 albom dərc etdirib.
Dünya şöhrətli “Melo-M” materialları seçərkən çox fərqli olmağa meyillidirlər- pop, rok, xalq və dünya klassik və muasir janrlara müraciət edirlər. Onlar bir çox dünya şöhrətli sənətkarlar ilə əməkdaşlıq edirlər, bir çox ölkələrdə ifa ediblər və tanınırlar.


Macarıstan Respublikasının Bakıdakı Səfirliyi Macarıstanın məşhur musigi qrupun ifasında “Sarı Gəlin” xalq mahnısını məmnunluqla sizlərlə bölüşür.

“M a k á m” ansamblının üzvləri:
Bori Magyar – solist (səs)
Barbara Kuczera – skripka, vokal (səs)
Zoltán Krulik – gitara, vokal (səs)
Boros Attila – bas-gitara (akustik bas)
David Eredics – nəfəsli alətlər (klarnet, kaval, saksofon, fleyta)
László Keönch – zərb alətləri (baraban)

“Makám” ansamblı Macarıstanın etnik musiqisinin “xaç atası” olmaqla yanaşı, bu sahənin ilk kollektivlərindən biri sayılır.
“Makám” 1984-cü ildə musiqiçi Zoltán Krulik tərəfindən yaradılıb. 1999-cu ilə qədər, qrup əsasən instrumental etno-caz üslubunda çıxış edib. Onların musiqisi özündə Balkan elementlərini, yaxın və uzaq Şərqin ənənəvi musiqisini, Afrika effektlərini və müasir musiqinin təkrarlanan çalarlarını cəmləşdirir. 1999-cu ildən bu günlərə qədər, qrupun ifaları Afrika-Amerika musiqisinin elementləri, caz və tematik albomları ilə seçilir.
Ansambl 2009-cu ildə “Yanna Yova” albomunu yazmaq üçün yenidən bir araya gəldi. O vaxtdan bəri, Avropa boyunca davamlı konsertlərlə çıxış edən yaradıcı kollektiv, daha da gəncləşib, onun sədası daha da təravətlənib və çox ehtimal ki, qrup dünya musiqinin yeni dalğasına daxil olmağa müvəffəq olub.