Menyu
       

“Sevgi dərsləri” (2019) tammetrajlı film

Festival çərçivəsində, "Sevgi dərsləri" filminin nümayişi üçün xüsusi hüquq qazanmışıq. Facebook və yaxud Instagram səhifələrindən bizə müraciət edib, filmi izləmək üçün linki və şifrəni əldə edə bilərsiniz.

“Sevgi dərsləri” (2019)

İllərdir Jola ondan gözlənildiyi kimi davranırdı. 6 uşaq anası və deyingən adamın həyat yoldaşı olaraq, o, hər kəsə hər şeyin qaydasında olduğunu göstərmək üçün həmişə bəzənib, rəngli paltarlarını geyinərdi. Amma bir gün daxilində ərini atıb getmək və həyatı dolu yaşamaq üçün bir güc tapır...

Rejissorlar: Małgorzata Goliszewska və Katarzyna Mateja
Dil: Film Polyak dilində, Azərbaycan və İngilis altyazıları ilə

Film CineDOC-On Tour layihəsi çərçivəsində nümayiş edilir

SEVİL Sənədli Qadın Film Festivalı Azərbaycanda gender məsələlərinə toxunan sənədli filmlərin regionlarda nümayiş etdirilməsini həyata keçirir. Məqsədimiz sənədli filmin ölkədə geniş yayılmasında rol oynamaq və sənədli filmin təsir gücünü nəzərə alaraq ölkəmizdə qadın problemlərinə sənədli film vasitəsilə diqqət çəkməkdir.
Hər il baş tutacaq festivalımızda film nümayişi ilə yanaşı film çəkilişi təlimləri də nəzərdə tutulub. Qeyd edək ki, hal-hazırda covid19 pandemiyasinin geniş yayılması və ölkədə baş verən siyasi prosesləri nəzərə alaraq fəaliyyətimizi limitli davam etdiririk.
Sentyabr və noyabr aylarında ölkənin iki şəhərində təlimlər keçərək iştirakçılarla birlikdə iki qısa sənədli film ərsəyə gətirdik. Digər ucqar kəndlərdə isə insanlarla ünsiyyət quraraq onları layihə ilə tanış etdik.
Ölkədəki mövcud gərgin vəziyyət səbəbindən layihəmiz Bakıda sənədli film təlimləri və seminarlar şəklində davam edir. Məqsəd insanları öyrənməyə təşviq etmək, hazırki böhranda aktivliyi təmin etməkdən ibarətdir.
Qeyd edək ki, bu günə qədər bütün fəaliyyətimiz könüllülük əsasında baş tutub.