Latviya İncəsənət Akademiyasının “Gələcək üçün Tekstil” layihəsi
“Gələcək üçün Tekstil”
Layihənin kuratoru - İeva Krumina.
2020-ci ilin əvvəllərində Latviya Rəssamlıq Akademiyasının Tekstil sənəti Fakültəsinin müəllim və tələbələri “Roche Latvia” dərman xidmətləri şirkəti üçün geniş formatlı tekstil layihəsi üzərində işləməyə başladılar. Latviya tekstil sənətini- etnik incəsənətin köklərini, materiallara hörmət, yüksək texniki keyfiyyət və tələbələrin ixtiraçılıq və qeyri-adi ideyalarını nümayiş etdirərkən “Roche Latvia”-nın dəyərlərinə - yeni nəsil tibb, gen mühəndisliyi və biznesdə sosial məsuliyyətə cavab verəcək mövzuya uyğun tekstil kolleksiyası yaradıldı. Müəllim və tələbələrin birgə əməkdaşlığı ilə gənc rəssamlar üçün “Roche Latvia” –nın yeni binadakı ofisi üçün böyük və çox vacib bir sifariş hazırlandı. Kolleksiya 22 əsərdən ibarətdir, hər bir əsər ideyaları, hekayələri, stilistik həll və rəqəmsal proqlamlaşdırılmış tikmə, yun, tekstil kollajlar və orijinal texnikaya məxsusluğu ilə müstəqil əsərlərdir.
İEVA KRUMİNA BIOQRAFIYA:
1964-cü ildə Riqada anadan olub
Təhsili:
1992-1993 Latviya İncəsənət Akademiyası. Magistr
1984-1989 Latviya İncəsənət Akademiyası, Tekstil Fakültəsi. Bakalavr.
1979-1983 Riqa Tətbiqi İncəsənət Kolleci
Professor, Tekstil Şöbəsinin müdiri. Latviya İncəsənət Akademiyası
Latviya Rəssamlar İttifaqı və Latviya Tekstil Rəssamlar Assosiyasiyasının üzvüdür.