Menyu
       

Festivalın açılışının mətbuat konfransı

Latviyanın Azərbaycan Respublikasındakı Səfirliyi, BMT-nin Azərbaycandakı Nümayəndəliyi və Norveç Krallığının Ankaradakı Səfirliyi ilə birgə əməkdaşlıqla “Qız Qalası — Qadın olmaq” layihəsinin davamı kimi gender bərabərliyinə aid “O” adlı beynəlxalq incəsənət layihəsini təşkil etmişdir.

Layihə bu il həmçinin dayanaqlı gələcək üçün qadınların rolunu vurğulayan BMT-nin Təhlükəsizlik Şurasının Qadınlar, Sülh və Təhlükəsizlik üzrə 1325 saylı Qətnaməsinə həsr edilib. Layihə gender bərabərliyi sahəsində öz təcrübələrini bölüşmək, eləcə də pandemiya və münaqişədən sonrakı vəziyyətlərdə qadınların həyatına təsir edən məsələləri müzakirə etmək üçün incəsənətin müxtəlif sahələrində fəaliyyət göstərən beynəlxalq iştirakçıları bir araya gətirib.

“O” layihəsinin mövzusu qadınlara həsr olunub — onların həyatlarına, cəmiyyətdəki roluna, sevinclərinə və problemlərinə. Azərbaycan dilində “O” hər iki cins üçün eynidir, yalnız məzmunda hansı cinsin nəzərdə tutulduğu aydın olur. Və bu da simvolikdir, çünkü gender bərabərliyi mövzusunun mahiyyəti gender birliyi və bərabərliyinə əsaslanır.

“O” layihəsi proqramının hər bir elementi incəsənət və mədəniyyət vasitəsi ilə sosial inteqrasiyanı dəstəkləmək və möhkəmləndirmək üçün yeni strategiyanın təməli kimi hesab oluna bilər.

Layihənin proqramına: Beynəlxalq jurnalist və fotoqraf Reza Deqatinin “Kraliçalarsız Kralliqlar” adlı təqdimatı, Latviyalı kinorejissor İnaara Kolmanenin iştirakı ilə “Bille” filminin nümayişi, Azərbaycanın əməkdar incəsənət xadimi İrina Eldarovanın emalatxanasına “Açıq qapı”, rejissor Tərlan Rəsulov və dramaturq İsmayıl İmanın Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində "Bir damla günəş, bir nəfəs külək və bir az da sevgi" adlı tamaşasının nümayişi daxildir; xalq diplomatiyası çərçivəsində Azərbaycan Respublikasının Əməkdar İncəsənət Xadimi Səbinə Şıxlinskayanın kuratorluğu ilə Müasir İncəsənət Muzeyində “O” adlı beynəlxalq sərgi keçirilib. Sərgidə Şahnaz Ağayeva (Azərbaycan–Türkiyə), Leyli Ələkbərova (Azərbaycan), İrina Eldarova (Azərbaycan), Fərhad Nikfam (Azərbaycan), Tereza Puig (Norveç), Vüsal Rəhim (Azərbaycan), Nils Skapaans (Latviya) və Kaarlis Viitolsun əsərləri nümayiş etdirilib; üç hissədən ibarət “Qadınlar və kişilər: sonsuz transformasiya” (2019) adlı romanın müəllifi kulturoloq, professor Rəhman Bədəlovla müzakirələr, eləcə də NATO-nun Azərbaycanda əlaqələndirici Səfirliyi kimi Latviya Səfirliyi tərəfindən “Qadınlar dayanıqlı sabah naminə” adlı beynəlxalq konfrans təşkil olunub.

Latviya Səfirliyi BMT-nin Azərbaycandakı Nümayəndəliyi, UN Women, BMT İnkişaf Fondu, Muasir İncəsənət Muzeyi, TheLandmark, Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzi, Nizami Kinoteatrı və Platform Art təşkilatı ilə birgə əməkdaşlıqla “O” layihəsinin aparıcı tərəfdaşıdır.