Menyu
       

“O” adlı beynəlxalq sərgi

Qadın və kişi min illər boyu, gözəgörünməz divarla bir-birindən ayrı olaraq mövcud olub. Onları təbiət birləşdirib, mədəniyyət isə ayırıb. Onları ayıran da və bu ayrılığı təsdiqləyən də məhz mədəniyyət idi.

Artıq kişi və qadının bu divarı yıxmaq və bir-birinə güclü güzəştə gedə bilmək vaxtı yetişdi.

Kişilər və qadınlar üçün müxtəlif yeni rolların vaxtı gəlib çatdı. Amma bu rolların müxtəlifliyi azadlıq olmadan — azad seçim olmadan mümkün deyil.

Rəhman Bədəlov


Sərginin mövzusu Qadınlara həsr olunur — onların həyatları, cəmiyyətdəki rolu, sevincləri və problemlərinə. Azərbaycan dilində “o” hər iki cins üçün eynidir, yalnız məzmunda hansı cinsin nəzərdə tutulduğu aydın olur. Və bu da simvolikdir, çünkü gender bərabərliyi mövzusunun mahiyyəti gender birliyi və bərabərliyinə əsaslanır.


Rəssamlar
Şahnaz Ağayeva (Azərbaycan–Türkiyə)
Leyli Ələkbərova (Azərbaycan)
İrina Eldarova (Azərbaycan)
Fərhad Nikfam (Azərbaycan)
Tereza Puig (Norveç)
Vüsal Rəhim (Azərbaycan)
Nils Skapaans (Latviya)
Kaarlis Viitols (Latviya)