“Qadınlar dayanıqlı sabah naminə” Beynəlxalq konfrans
Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının Qadınların Sülh və Təhlükəsizlik (WPS) haqqında 1325 (UNSCR 1325) Qətnamələsinin 22-ci ildönümü ilə əlaqədar Latviyanın Azərbaycandakı Səfirliyi Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə əməkdaşlıq və NATO-nun dəstəyi ilə 22 noyabr 2022-ci il tarixində Azərbaycanda “Münaqişədən sonrakı vəziyyətlərdə qadınların rolu” adlı Beynəlxalq konfrans keçiriəcək.
Qətnamə, gender bərabərliyinin davamlı sülhlə ayrılmaz əlaqəsininin olduğunu vurğulayaraq münaqişənin qadınlara təsirini tanıdı və münaqişə dövrlərində, o cümlədən münaqişədən sonrakı yenidənqurma səylərində qadınların həlledici rolunu qeyd etdi. BMT Təhlükəsizlik Şurasının 1325 saylı qərarından sonra BMT TŞ üzv dövlətləri münaqişədən sonra bərpa işlərində qadınların oynadığı əvəzsiz rolu tanımağa çağıran qətnamələr qəbul etdi.
Münaqişədən sonrakı yenidənqurma qlobal WPS gündəliyinin dördüncü sütununun bir hissəsidir.
Münaqişədən sonrakı yenidənqurma mərhələlərində qadınların və qızların xüsusi ehtiyaclarını özündə birləşdirən gender perspektivinin qəbul edilməsi münaqişədən təsirlənmiş cəmiyyətin sosial quruluşunu bərpa etmək üçün çox vacibdir.
Bununla belə, bu sütun digər üç sütun ilə müqayisədə beynəlxalq ictimaiyyət tərəfindən daha az diqqət çəkir.
Nəticədə, münaqişədən sonrakı vəziyyətlərdə qadınların mühüm rolunu etiraf etmək praktikada heç də həmişə qadınların yenidənqurma prosesinin bütün mərhələlərində və səviyyələrində iştirakına səbəb olmurvə Qlobal WPS gündəliyinin həyata keçirilməsinin ən mühüm problemlərindən biri olaraq qalır.
Münaqişədən sonrakı reabilitasiya və yenidənqurma mərhələsinə yeni qədəm qoyan Azərbaycan 800 min məcburi köçkünün ləyaqətlə geri qayıtması üçün təhlükəsiz şəraitin yaradılması kimi çətin vəzifə qarşısındadır ki, onların da mühüm hissəsini qadınlar təşkil edir.
Münaqişədən sonrakı yenidənqurma səylərinin bütün mərhələlərində qadınların və qızların xüsusi ehtiyaclarını özündə cəmləşdirən gender perspektivinin qəbul edilməsi sosial birliyi və inkişafı təmin etmək üçün çox vacibdir.
Bu fonda və BMT və NATO-nun müvafiq siyasət və fəaliyyət planlarından çıxış edərək, Konfrans münaqişədən sonrakı reabilitasiya və yenidənqurmada qadınların rolunu müzakirə edəcək.
Konfrans həmçinin mövcud siyasətlərin və qabaqcıl təcrübələrin gələcək konkret fəaliyyətlərə daha yaxşı çevrilməsinə töhfə vermək üçün Azərbaycan nümunəsini və müvafiq beynəlxalq qabaqcıl təcrübələri də araşdıracaq. Bu, həm qlobal WPS gündəliyinə, həm də Azərbaycanda milli tədbir planlarına öz töhfəsini verəcəkdir.
NATO-nun Azərbaycanda əlaqələndirici Səfirliyi qismində Latviya Səfirliyi tərəfindən təşkil olunan Konfrans Latviya, Azərbaycan, NATO, BMT ilə yanaşı vətəndaş cəmiyyəti və qruplarından da ekspertləri bir araya gətirəcək.
Konfrans və əlaqələndirici tədbirlər BMT-nin Azərbaycandakı Nümayəndəliyi və Britaniya Səfirliyi ilə birgə tərəfdaşlıqla təşkil olunur.