Menyu
       

“BİRLƏŞ! Qadınlara və qızlara qarşı zorakılığa son qoy” adlı beynəlxalq incəsənət layihəsi

Latviya Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyi, BMT-nin Azərbaycandakı Nümayəndəliyi və İsveçrənin Azərbaycandakı Səfirliyi ilə birgə əməkdaşlıqla Beynəlxalq Müasir İncəsənət Layihəsi “Qız Qalası. Qadın olmaq” adlı layihə həyata keçirir.

Layihə BMT-nin gender-əsaslı 16 günlük zorakılığa qarşı aktivlik proqramı çərçivəsində həyata keçirilir. Bu ilin əsas mövzusu: “BİRLƏŞ! Qadınlara və qızlara qaşı zorakılığa son qoy”.

“Qız Qalası. Qadın olmaq” adlı Layihənin mövzusu qadınların həyatları, onların cəmiyyətdəki rolu, sevincləri və problemlərinə həsr olunur.

Layihənin hər bir elementi incəsənət və mədəniyyət vasitəsilə sosial inteqrasiyanın təşviqi və gücləndirilməsinin yeni strategiyasında mühüm rol oynayır.

“Qız Qalası. Qadın olmaq” Beynəlxalq Müasir İncəsənət Festivalına ilk dəfə 2009-cu ildə Bakıda Əməkdar İncəsənət xadimi Səbinə Şıxlinskaya tərəfindən təşəbbüs göstərilmişdir. Bu Azərbaycanda müasir incəsənət vasitəsilə gender bərabərliyi mövzusunda ilk birgə təqdimat işi idi.

“Qız Qalası. Qadın olmaq” adlı bu Layihədə Latviya Səfirliyi, BMT-nin Azərbaycandakı Nümayəndəliyi, İsveçrənin Azərbaycandakı Səfirliyi, BMT-nin İnkişaf Proqramı, Latviya Transatlantik təşkilatı (LATO), YARAT Müasir İncəsənət Məkanı, Park Cinema, Xəzər Universiteti, ASAN Radio, Bərdə rayon Mədəniyyət Mərkəzi, Maqsud İbrahimbayov Yaradıcılıq Mərkəzi və PlatformArt ilə birgə əməkdaşlıqla aparıcı tərəfdaşdır.

* * *

Festivalın adı Bakının əsas görməli yeri və simvolu hesab edilən, haqqında çoxlu əfsanələr və sirrlər dolaşan Qız Qalasının adından götürülüb. Adın mənası ilə bağlı daha çox irəli sürülən fikir onun “Qız” sözü ilə əlaqədardır ki, bu da qadınlar mövzusunda bakirə — “Virqo” qalası mənasını daşıyır.

Mövzunun konteksti müxtəlif hekayələrlə əhatələnsə də, əsas və aparıcı mövzu kişilər tərəfindən qadınlara qarşı göstərilən mənəvi və fiziki zorakılıq və bu səbəbdən qadınların yaşadığı faciələrdir. Şərqdəki qadının təsviri zəif və öz haqqlarını müdafiə edə bilməyən varlıq kimi verilir. O, öz azadlığı uğurunda yalnız bir mümkün həlli yolu ilə mübarizə aparır, bu da faciəli sonluğa aparan ölümdür. Bu, həm də bir növ ideoloji stereotipdir və regionda gender bərabərliyi mövzusuna dair yanlış üstünlüklər yaradır.

Tarixçilər və tədqiqatşılar şəhərin əsas qalası olan "Qız Qalasını“nın adının onun alınmaz olduğuna görə bakirə, yəni Qız Qalası mənasını daşıdığını düşünürlər, çünki qala öz əlverişli yerləşməsinə görə heç bir düşmən tərəfindən alına bilməmişdir. “Qız Qalası” bir tərəfdən Xəzər dənizi və digər tərəfdən isə şəhər qala divarları ilə əhatələnmişdir ki, bu da onu əlçatmaz etmişdir.