“Bir damla günəş, bir nəfəs külək və bir az da sevgi” pyesinin bədii oxunuşu
Pyesin müəllifi: İsmayıl İman
Rejissor: Tural Mustafayev
İştirak edənlər: Gülay Xəlilzadə, Aysel Hüseynova, Əfsanə Rəsulova
Məkan üzrə koordinator: Ruhanə Əliyeva
Bərdə rayon Mədəniyyət Mərkəzində müasir Azərbaycan dramaturqu İsmayıl İmanın “Bir damla günəş, bir nəfəs külək və bir az da sevgi” pyesinin bədii oxunuşu baş verəcək. Pyes Azərbaycanda əsas gender problemlərindən birinə toxunur. Tamaşa üç qəhrəmanın — Yeniyetmə qızın, Gənc qızın və Gənc qadının monoloqları üzərində qurulub. Detalları uyğunlaşdıraraq, izləyici bu insanların müxtəlif yaşlarda eyni qəhrəman olduğunu təxmin edir…
İsmayıl İman
Ssenarist, yazıçı, dramaturq, teatr kuratoru. Azərbaycan Teatr Xadimləri İttifaqının üzvü. Beynəlxalq dramaturgiya festivallarının və müsabiqələrinin iştirakçısı və qalibi. “Astara bağları” pyesi 2022-ci ildə Almatıda (Qazaxıstan) “Şam” teatrında səhnəyə qoyulub. CHARACTERS Müasir Dramaturgiya Festivalının (Bakı, Azərbaycan) kuratoru və təşkilatçısı. Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası nəzdində yaradılmış Ekspert Şurasının üzvü (2022). 2023-cü ildə Fransada keçirilən Annecy Beynəlxalq Animasiya Film Festivalında Azərbaycanı təmsil edən “Hədis” (2023, Azərbaycan, ABŞ, Çexiya) animasiya filminin ssenari müəllifi.