Menyu
       

“Azərbaycan. Burada və indi. İncəsənətlə silahlanaraq” QGallery-in təqdimatında art layihə

Virtuallıq reallığa xidmət etməlidir

Kurator - Emin Məmmədov
Koordinator – Nərminə Xəlilova

Bu gün, rəşadətli Azərbaycan ordusunun illərdir ki, işğal altında olan torpaqları azad etdiyi bir gündə, paytaxt qalereyası “QGallery” Berlində yerləşən filialı “QGallery Berlin” ilə birlikdə 2020-ci ilin oktyabr ayının ortalarından etibarən “Azərbaycan. Burada və indi. İncəsənətlə silahlanaraq” adlı onlayn sərginin keçirilməsinə təşəbbüs göstərib. Bu sərgi müxtəlif ölkələrdə yaşayan xalqların həmrəyliyini nümayiş etdirmək, bəşəriyyətin vahid taleyinin yaranması ilə bağlı xoş məramları ifadə etmək, habelə sülhpərvər əməkdaşlığın, dünyaya açıqlığın, inklüzivliyin və qarşılıqlı dərketmənin ruhunu izah etmək üçün keçirilir. Bu incəsənət layihəsinin məqsədi Azərbaycanın ərazi bütövlüyünün bütün dünyada tanınması və dəstəklənməsi, habelə İNCƏSƏNƏTİN şəxsiyyətin, cəmiyyətin və ətraf mühitin rifah halının yaxşılaşdırılmasına necə təkan verməsi haqqında məlumatlılıq səviyyəsinin artırılmasıdır. Bu sərginin keçirilməsi ilə biz bütün dünyaya sülh ismarıcını göndəririk! Heç bir ölkə bu prosesdən kənarda qala bilməz və sülhün bərqərar olunması üçün əlimizdə olan yeganə güclü silah həmrəylik və əməkdaşlıqdır!

Bütün mədəniyyət ocaqlarının kütləvi şəkildə bağlandığı, COVID 19 pandemiyasının ən qızğın dövründə incəsənət sürətlə onlayn rejimə keçdi və keçməyə davam edir. Bir sözlə, koronavirus mədəniyyət həyatını internetə köçürüb. Yeni işlər əlavə olunduqca, “Azərbaycan. Burada və indi. İncəsənətlə silahlanaraq” adlı onlayn sərgi yenilənir. Bu gün sərgi çərçivəsində artıq Argentina, Latviya, Azərbaycan, Rusiya, Türkiyə, İordaniya, Hindistan, Almaniya, ABŞ, İran, Rumıniya, Bolqarıstan, Makedoniya, Serbiya, Özbəkistan, Tunis, Belçika, Ukrayna, Yunanıstan, Gürcüstan, Çexiya, Böyük Britaniya, Fransa, İspaniya, İsveçrə və Kolumbiya daxil olmaqla, 28 ölkədən 35-i qadın olmaqla 80-dən çox iştirakçının işləri təqdim olunub. Qadınlar arasında rəssamlar, heykəltəraşlar, fotoqraflar və s. var. Hər bir qadının qəlbində yaşayan və ümumbəşəri mədəniyyət ideallarını əks etdirən duyğular kütləvi məhvetmə, insanların kütləvi şəkildə qırılması fikirlərinə qarşı çıxır, belə fikirləri səksəkə ilə rədd edir. Beynəlxalq festivalın məhz bu - “Qadın olmaq – sülh naminə qadınlar” çağırışı “İncəsənətlə silahlanaraq” adlı onlayn sərgimizin əsas ismarıcıdır!


Onlayn sərgidə iştirak etmək istəyən rəssamlar artpeace@qgallery.net elektron poçt ünvanına öz layihələrini göndərərək layihədə iştirak üçün ərizəni verə bilərlər. Təqdim olunacaq layihələr (əsərlər) artıq mövcud ola bilərlər, lakin onlar onlayn sərginin əsas ideyasını və məqsədini əks etdirməlidir. İncəsənətdə olduğu kimi, iştirakçılar qarşısında heç bir yaş məhdudiyyəti qoyulmur; onlayn sərgidə iştirak pulsuzdur. İncəsənət sərhəd tanımır!

Sərgidə artıq nümayiş olunan əsərlərlə https://www.facebook.com/peaceforart/ burada tanış ola bilərsiniz.